Brington Universiteti
Brington Universitetinın əsası 1859-cu ildə yaradılmış İncəsənət Məktəbi ilə əlaqələndirilir.Məktəb Brington Politexnik məktəbinə çevrildikdən və 1970-ci ildə East Sussex Colleci ilə birləşdirildikdən sonra 1992-ci ildə universitet statusu əldə etmişdir.
2006-cı ildə Ricardo mühəndislik şirkətilə əməkdaşlıq etmiş Universitetdə Sir Harry RIcardo Laboratoriyasının açılışı ilə geniş daxili yanma mühərrikləri və lazer əsaslı ölçü texnikalarını dərindən tədqiq etmək imkanları yaradılmışdır.
Beş ildən sonra 2011-ci ildə doktorluq pilləsi üzrə təhsil vermək məqsədilə Doctoral Collage-in əsası qoyulmuşdur. Kollecin hal-hazırda 500-ə yaxın doktorluq pilləsi üzrə təhsil alan tələbəsi var.
Universitetin hal-hazırda 20 000 tələbəsi olan Brington, Eastbourne və Hastings şəhərlərində yerləşən 5 Kampusu var. Bringtonda yerləşən kampuslar Grand Parade, Moulsecoomb və Falmer adları ilə məşhurdur. Şəhərin mərkəzində yerləşən Grand Parade korpusunda incəsənət və humanitariya, Moulsecoomb korpusunda riyaziyyat, həyat elmləri və coğrafiya, şəhər mərkəzindən 4 mil uzaqlıqda olan Falmer korpusunda isə, müəllimlik,sosial elmlər və linquistika üzrə fakültələr yerləşir.
Brington Universiteti tərəfindən təklif edilən proqramlar.
Biznes və İqtisadiyyat
-Hesablama və maliyə
İncəsənət və humanitariya
-Arxeologya
-İncəsənət, aktyorluq və Dizayn
-Tarix, Filisofiya və Dinçilik
Həyat elmləri
-Biologiya elmləri
Fizika elmləri
-Kimya
-Geologiya, Ətraf mühit və Dəniz elmləri
-Riyaziyyat və statistika
-Fizika və astronomiya
Sosial elmlər
-Kommunikasiya və mediya elmləri
-İqtisadiyyat və ekonometriya
-Təhsil
-Coğrafiya
Hüquq,
Siyasət, beynəlxalq elmlər
Psixologiya
Komputer elmləri