Bath Universiteti

Bath Universiteti

Dövlət universiteti olan Bath Universiteti Birləşmiş Krallığın Somerset vilayətinin Bath şəhərində yerləşir. Əsası, 1856-cı ildə  Bristolda yaradılmış texniki məktəb ilə bağlı olan Universitet 1966-cı ildə Krallıq nizamnaməsini əldə etmişdir. Universitet İngiltərənin cənub-qərbindəki və Birləşmiş Krallığın  ən gözəl şəhərlərindən olan Bath şəhərində yerləşir. Şəhər Georgian memarlığına və yaşıl mühitinə görə məşhur olan Bath 1987-ci ildə UNESCO-nun dünya irsi siyahısına daxil edilmişdir. Şəhər çoxlu tarixi küçələrin, teatrların və Jane Austin muzeyinin də aid olduğu tarixi muzeylərin vətəni hesab edilir.

Universitet 4 fakültədən təşkil olunmuşdur. Mühəndislik və dizayn, humanitariya və sosial elmlər, menecement, elm. Univesitetin tədqiqat imkanları  beynəlmiləl olaraq tanınmışdır və Research Excellence Framework 2014-cü ildə universitetin tədqiqat fəaliyyətinin 87%-i yüksək beynəlxalq səviyyəli kimi qiymətləndirmişdir. İdman fəaliyyəti Unversitetin üçün olduqca əhəmiyyətlidir. Universitet Birləşmiş Krallığın ən yaxşı idman imkanları olan mərkəzlərindəndir. 2012-ci ildə London Olimpiya və Para-Olimpiya oyunları zamanı Universitet beynəlxalq komandalara ev sahibliyi etmiş və vaxtilə universitetin ıdman imkanlarından istifadə etmiş idmançıların medal qazanmasına səbəb olmuşdur.  10 min tələbə Universitetdə təhsil almaq üçün qeydiyyatdan keçir ki, təxminən dörddə biri 4 qitəni əhatə edən 100 ölkədəndir.

Universitet eyni zamanda, Rolls Royce, L'Oréal, Dünya Bankı, Nike, Airbus and Ford –un da daxil olduğu bir sıra  kommersiyal şirkətlərlə aktiv partnyorluq münasibətləri qurmuşdur.

 Bath Universiteti tərəfindən təklif edilən proqramlar.

Biznes və İqtisadiyyat

-Hesablama və Maliyə

-Biznes və menecement

Həyat elmləri

-Biologiya elmləri

Mühəndislik və texnologiya

-Kimya mühəndisliyi

-Sivil mühəndislik

-Elektrik və elektronik mühəndisliyi

Ümumi mühəndislik

-Mexaniki və aerohava mühəndisliyi

 Fizika Elmi

-Kimya

Riyaziyyat və Statistika

-Fizika və astronomiya

Komputer elmi

Sosial elmlər

-İqtisadiyyat və Ekonometriya

-təhsil

-Siyasət və beynəlxalq elmlər

-Psixologiya

-Sosiologiya