St George's London Universiteti

St George's London Universiteti

St George’s London Universiteti Cənubi Londonda yerləşən tibb məktəbidir və London Universitetinin tərkibi kollecidir. 1733-cü ildə əsası qoyulan məktəb həkimləri formal məşğələ kursları ilə təmin edən İngiltərənin ikinci institutu idi. 1836-cı ildə London Universitetinin yaradılmasından sonra ona bağlı olmuşdur.

St George Kampusu Londonun cənub-qərb ərazisində Tootingdə yerləşir və St George Xəstəxanası ilə eyni küçəni paylaşır.

Tədris vasitələri olan kliniki laboratoriyalar və xəstə simulasiyaları əməliyyat və tibbi yardım şəraitlərinə hazırlıq üçün tələbələri təcrübə ilə təmin edir. Universitet kitabxanasında təxminən 42 min kitab və 10 mindən çox jurnal saxlanılır.

Universitet sağlamlıq sahəsində biomedikal elm, səhiyyə təcrübəsi, səhiyyə elmi kimi həm foundation, həm də  bakalavr proqramları təklif edir. Bundan başqa Universitetin Kingston Universiteti ilə birgə əsası qoyulmuş fizioterapiya, paramedik elmi, tibb bacılıq, mamaçalıq terapevtik rentgenoqrafiya kimi sahələrdə dərəcələr təklif edən birgə fakültəsi də var.

Tələbələrin təcrübələrinin inkişafı baxımından əhəmiyyətli olan Amerikada və İsraildə beynəlxalq kliniki yerləşməni həyata keçirən Amerikanın Nicosa Universiteti ilə əməkdaşlığı da var.

Tədrisi asanlaşdırmaq məqsədilə universitet kitabxanası geniş çeşitdə ixtisaslaşmış tibb və səhiyyə elmləri materialları təklif edir. Bura, tələbələri ,eyni zamanda, tədris yerləri, grup diskussiya otaqları, komputer zalları və sosial iş sahələri ilə təmin edir.