SOAS London Universiteti

SOAS London Universiteti

SOAS London Universiteti- Oriental və Afrika tədqiqatları məktəbi Londonda yerləşən London Universiteti kollecləri üzvüdür.

Universitet İncəsənət və Humanitariya, Dil və mədəniyyət, Hüquq və sosial elmlər olmaqla 3 fakültəyə ayrılmışdır.  Bu fakültələr çərçivəsində SOAS 350 bakalavr, 100 magistr dərəcə və dokturantura proqramları təklif edir.

Universitet SOAS hüquq məktəbinə ev sahibliyi edir ki, bu dünyada Asiya, Afrika və Mərkəzi Asiyadakı hüquq sistemlərinin tədris olunmasına həsr olunan yeganə mərkəzdir. Məktəb eyni zamanda, Bruney Qalereyası,kitab mağazası, mühazirə teatrı və digər konfrans və təhsil imkanlarına sahibdir. Burada eyni zamanda ilboyu Asiya, Afrika və Mərkəzi Asiyadan tarixi və müasir sərgilər də keçirilir.

Asiya və Afrika tədqiqat və elmlərinə həsr olunan və 1.2 milon kitab və elektronik mənbələrə malik Universitet kitabxanası Birləşmiş Krallığın 5 Milli tədqiqat kitabxanalarından biridir.

Universitetin məzunları sırasına bir sıra dövlət başçıları, nazirlər, ali məhkəmə hakimləri və Nobel Sülh mükafatı laureatları daxildir.

 

İncəsənət və humanitariya

-Memarlıq

-İncəsənət, aktyorluq və dizayn

-Tarix, Filosofoiya və Teologiya

-Dil, ədəbiyyat və linquistika

Biznes və İqtisadiyyat

-Biznes və menecement

Sosial elmlər

-İqtisadiyyat və ekonometriya

-Coğrafiya

Hüquq,

Siyasət, beynəlxalq elmlər