Reading Universiteti
Reading Universiteti XIX əsrdə Oxford universitetinin genişlənmiş kolleci kimi fəaliyyətə başlamışdır. Daha sonralar, 1926-cı ildə ayrıca olaraq Universitet statusu əldə etmişdir.
Hal-hazırda Universitet 150 ölkədən 17 min tələbənin təhsil aldığı Birləşmiş Krallığın aparıcı universitetlərindəndir. Burada tədbiqi, sosial elmlər, dillər, incəsənət, hamanitariya və biznes sahələrində çoxlu sayda təhsil proqramları təklif edilir. Özünün fənlərarası tədqiqat və əməkdaşlıqları ilə universitet ənd təsərrüfatı, metereologiya, fizika elmləri, Avropa tarixi və mədəniyyəti kimi sferalarda 50 tədqiqat mərkəzini əhatə edir.
2014-cü il Research Excellence Framework-a əsasən Reading-in tədqiqatlarının 98 faizi beynəlxalq standartlara cavab verir.
Universitet üç kampusda fəaliyyət göstərir. Əsas kampus olan Whiteknights özünün 130 hektarlıq geniş gözəl yaşıl parklarına görə mükafatlara layiq görülmüşdür. Tarixi London Road kampusu ayrılmış 30 milyon fund sterlinq məbləğndə investisiya ilə yenidən qurulmuşdur. Üçüncüsü olan the Greenlands kampusu Avropanın biznes məktəblərinin, obyektlərinin və konfrans mərkəzlərinin olduğu küçədə-Temza çayının üzərində yerləşir.
Reading Universiteti dünyada bir sıra təhsil mərkəzləri və institutlara da sahibdir. Belə ki, Malaziyada biznes məktəbi və Çində Nanjing Universiteti ilə əməkdaşlıqdan yaranan müştərək Akademiya bunların sırasındadır.
Universitetin kampuslarında tələbələrin tələblərinə uyğun olaraq idman parkları, kinoteatr, dörd muzey və eyni zamanda, 300 mindən çox bitki növləri, göllər, çəmənliklər və meyvə ağacı bağçaları da vardır.
Üçlü akreditə olunmuş statusa malik Universitetin Henley Biznes Məktəbi The Financial Times və The Economist qəzetlərinə əsasən dünyanın top 50 biznes məktəbləri siyahısına daxildir.
Reading hər il musiqi festivalına ev sahibliyi edən gözəl bir şəhərdir. Hər il yay fəslində 87 mindən çox musiqi azarkeşləri Reading Festivalında iştirak etmək üçün təşrif buyurur.
Proqramlar
Biznes və İqtisadiyyat
-Hesablama və maliyə
-Biznes və menecement
İncəsənət və humanitariya
-Arxeologiya
-Memarlıq
-İncəsənət, Aktyorluq və Dizayn
-Tarix, Filisofiya və Dinçilik
-Dil, Ədəbiyyat və dilçilik
Həyat elmləri
-Kənd təsərrüfatı və Meşə sahəsi
-Biologiya elmləri
-Baytarlıq elmi
Fizika elmləri
-Kimya
-Riyaziyyat və statistika
-Fizika və astronomiya
Sosial elmlər
-Kommunikasiya və mediya elmləri
-İqtisadiyyat və ekonometriya
-Təhsil
-Coğrafiya
Hüquq,
Siyasət, beynəlxalq elmlər
Psixologiya
Komputer elmləri