London Queen Mary Universiteti

London Queen Mary Universiteti

1785-ci ildə London Tibb kolleci kimi yaranan London Queen Mary Universiteti (QMUL) İngiltərənin ilk tibbi məktəbi daxil olmaqla dörd tarixi tibbi institutların birləşdirilməsi nəticəsində əsası qoyulmuşdur. 1887-ci ildə universitet statusu alan QMUL, Humanitariya və Sosial Elmlər, Elm və Mühəndislik və Tibb və Stomatologiya fakültələrində 240 dərəcə proqramları təklif edir.

155 ölkədən 20 min tələbəyə mali universitetin beş kampusu paytaxtın mərkəzində yerləşir. Londonun şərqində yerləşən əsas kampus şəhərdə ən böyük universitet kampusudur. Tələbə sayının 40 faizinin xarici olduğu QMUL dinamik, çoxmədəniyyətli cəmiyyətə malikdir və burada xarici tələbələrin ingilis dillərinin inkişaf etdirilməsinə böyük yardım göstərir.

Russel tədqiqat universitetlər qrupuna daxil olan QMUL 2014-cü ildə Research Excellence Framework-a əsasən Birləşmiş Krallıq universitetləri arasında doqquzuncu yeri tutmuşdur. Universitet beş sahədə mükəmməl tədqiqata görə fərqlənir: Linquistika (1-ci), Musiqi, dram və aktyorluq ( drama görə 1-ci), Stomatologiya( 3-cü), İngilis dili və ədəbiyyatı (5-ci) və Sosial Sağlamlıq, Sağlamlıq xidmətləri və İlkin yardım (5-ci). Bundan başqa, davamlı olaraq səviyyəli global sıralamalarda yüksək qiymətləndirilir və The Sunday Times-a əsasən bitirdikdən sonra yüksək əmək haqqı qazanan məzunlar göstəricisinə görə top onluqdadır.

Təklif olunana proqramlar

Biznes və İqtisadiyyat

-Hesablama və maliyə

-Biznes və Menecement

İncəsənət və humanitariya

-İncəsənət, aktyorluq və Dizayn

-Tarix, Filisofiya və Dinçilik

-Dillər, Ədəbiyyat və Dilçilik

Həyat elmləri

-İdman elmləri

-Biologiya elmləri

Mühəndislik və texnologiya

-Kimya mühəndisliyi

-Elektrik və elektronik mühəndisliyi

-Ümimi mühəndislik

-Mexaniki və aerofəza mühəndisliyi

Fizika elmləri

-Kimya

-Geologiya, Ətraf mühit və Dəniz elmləri

-Riyaziyyat və statistika

-Fizika və astronomiya

Sosial elmlər

-İqtisadiyyat və ekonometriya

-Təhsil

-Coğrafiya

Hüquq,

Siyasət, beynəlxalq elmlər

Psixologiya