Nottingham Trent Universiteti

Nottingham Trent Universiteti

Nottingham Trent Universiteti (NTU) Birləşmiş Krallığın Nottingham şəhərində yerləşən dövlət universitetidir. Universitetin tarixi 1843-cü ildə açılmış Nottingham Dövlət Dizayn Məktəbi ilə əlaqələndirilir. 1970-ci ildə Politexnik məktəbi olan təhsil mərkəzi 1992-ci ildə universitet statusu əldə etmişdir. “Formalaşan gələcəklər” devizi ilə NTU doqquz müxtəlif məktəbləri əhatə edən üç kampusda təhsil alan 27 min tələbəyə 500-dən çox təhsil dərəcələri təklif edir. Global dünyagörüşə malik universitetdə 2600 beynəlxalq tələbə təhsil aldığı halda, 7000-ə yaxın tələbəsi isə xarici partnyor kolleclərdə təhsilini davam etdirməkdədir. Universitet hər il beş gün davam edən musiqi, rəqs, kulinariya, film və dram festivallarını əhatə edən  Qlobal Həftə keçirir.

Brackenhurst və Clifton kampuslarında davamlılığa görə Yaşıl Bayraq mükafatı almış universitet “Insanlar və Planet Yaşıl Liqası” tərəfindən Birləşmiş Krallığın arasında ekoloji təmiz mühitə malik universitetlərindən biri kimi qeyd olunur.

2015-ci il Student Livinf İndex-ə əsasən NTU Birləşmiş Krallıqda üçüncü ən çox effektiv universitetdir.

Nottingham Trent Universiteti tərəfindən təklif edilən proqaramlar.

Biznes və İqtisadiyyat

-Hesablama və maliyə

-Biznes və menecement

İncəsənət və humanitariya

-Arxeologya

-İncəsənət, aktyorluq və Dizayn

-Tarix, Filisofiya və Dinçilik

-Dillər, Ədəbiyyat və Dilçilik

Həyat elmləri

-Biologiya elmləri

-İdman elmləri

-Baytarlıq elmi

Mühəndislik və texnologiya

-Sivil mühəndislik

-Elektrik və elektronik mühəndisliyi

-Ümumi mühəşdislik

Fizika elmləri

-Kimya

-Geologiya, Ətraf mühit və Dəniz elmləri

-Riyaziyyat və statistika

-Fizika və astronomiya

Sosial elmlər

-Kommunikasiya və mediya elmləri

-İqtisadiyyat və ekonometriya

-Təhsil

-Coğrafiya

Hüquq,

Siyasət, beynəlxalq elmlər

Psixologiya

Komputer elmləri