Istituto Marangoni
Modanı öyrətmək mümkündür mü? Bu sualı müəllifi olduğu libasları ilə dünyaca məşhur olan və İtaliya arsitokratlarının istifadə etdiyi geyimlərin sahibi Giulio Marangoni 1935-ci ildə özünə vermişdir. Bu suala cavab olaraq o, Milanda Marangoni Artistik Geyimləri İnstitutunun əsasını qoymuşdur. Bu, moda sahəsində professionallar və texniklərə təlimlər həyata keçirdən bir məktəb idi.
Təlim və hazırlığın dəyərinə heç bir zaman inancını itməyən İnstitut, beynəlxalq və İtaliyanın bazar tələbatını ödəmək məqsədilə mütəmadi olaraq təklif etdiyi təhsil proqramlarını yeniləyir. Son beş ildə İnstitut dörd yeni məktəb açmışdır: 2003-də London, 2006-da Paris, 2013-də Şanxay və 2014-cü ildə Milanda moda məktəbləri.
Bu gün Marangoni İnstitutu, qurucusunun arzusu olan “ modanı öyrətmək” missiyasını uğurla davam etdirməkdədir. İnstitut, eyni zamanda, rəng, materiallar və kreativlik kimi komponentləri özündə birləşdirən və dünya modası ilə yaxından bağlı olan “dizayn” tədrisini də həyata keçirdir.
Özünün çoxsaylı kursları, hazırlıq təlimləri, üç illik bakalavr və magistr təhsili ilə, Marangoni İnstitutu dizayn, kommunikasiya və idarəetmə koordinasiya kimi açar sektorlarda mütəxəsislərin hazırlanması məqsədini hər zaman həyata keçirtmişdir.
Moda, incəsənət və dizaynda istedadın inkişafı
Missiyamız: Moda, İncəsənət və Dizayn sahəsində professional və kreativ mərkəz olmaq; beynəlxalq istehsalat və sənayeyə istedadlı Marangoni İnstitutu məzunlarını bəxş etmək.
Biz bu missiyaya aşağıdakılar vasitəsilə nail olmağa çalışırıq:
- Sənaye tələblərinə və dəyişikliklərə cavab verən geniş və müfəssəl təhsil portfeli təklif etmək;
- Müasir və dinamik tədris planına əsaslanan yüksək akademik standartlara nail olmaq;
- Moda, İncəsənət və Dizayn vasitəsilə İtaliya mədəniyyətinin global və multikultural əsasda təbliği;
- Daimi və punktual təlimlər vasitəsilə tədrsis sisteminin və administrativ heyətin potensialını dəstəkləmək və inkişaf etdirmək;
- Dünyanın aparıcı mədəniyyət paytaxlarında mükəmməl seçimlər sayəsində Marangoni İnstitutunu moda, İncəsənət və Dizaynın mərkəzinə yerləşdirmək;
- Moda, İncəsənət və Dizayn bazarında aparıcı şirkətlər və fərdlərlə əlaqələr qurmaq və ya mövcud əlaqələrin möhkəmləndirilməsi;