Manchester Universiteti

Manchester Universiteti

Russell Universitetlər qrupuna daxil olan Manchester, 40 min tələbəsi ilə Birləşmiş Kallığın ən böyük tələbə icmasına malik universitetidir.

Ərazisində yerləşən ali təhsil müəssələri ilə dünyanın hər bir yerindən gəlmiş tələbəyə canlı və xoş atmosfer yaradan Manchester, Avropanın ən böyük tələbə əhalisinə sahibdir.

Universitetin dörd fakültəsi var ki, hər biri ayrıca məktəbdə formalaşmışdır. Bunlar Həyat Elmləri, Humanitariya, Tibb və İnsan Elmləri, Mühəndislik və Fiziki Elmlərdir. Oxford küçəsində yerləşən Universitet məşhur Curry Mile –a olduqca yaxın ərazidədir. Orada bir sıra universitetlərin yataqxanalarının və eyni zamanda, əyləncə məkanlarının olduğu Fallowfield ərazisi yerləşir.

Universitet kitabxanasında dörd milyondan çox kitab və əlyazmalar, 41 mindən çox elektronik jurnallar və 500 min elektronik kitablar saxlanılır. Bu ğlkədə yerləşən beş milli kitabxanadan biridir. Universitetin neo-gotik stilində tikilmiş kitabxana binası var ki, burada da bir milyondan çox çap olunmuş cildli kitabları mövcuddur. Unversitetə məxsus digər binalar siyahısına Whitworth incəsənət qalereyası, Manchester muzayi və Jodrell Bank Obzervatoriyası da daxildir.

190 ölkədən 300 min məzun tələbəyə malik universitet, Birləşmiş Krallığın ən böyük məzun şəbəkəsinə sahib olduğunu irəli sürür. Bunda əlavə, Manchesterin hal-hazırki və əvvəlki heyət və tələbələr arasında 25 Nobel Mükafatı laureatları da var.

 

Manchester Universiteti tərəfindən təklif edilən proqramlar.

Biznes və İqtisadiyyat

-Hesablama və maliyə

-Biznes və menecement

İncəsənət və humanitariya

-Arxeologya

-Memarlıq

-Tarix, Filisofiya və Dinçilik

-Dillər, Ədəbiyyat və Dilçilik

Həyat elmləri

-Biologiya elmləri

Mühəndislik və Texnologiya

-Kimya mühəndisliyi

-Sivil mühəndisliyi

-Elektrik və elektronik mühəndisliyi

-Ümumi mühəndislik

-Mexaniki və aerofəza mühəndisliyi

Fizika elmləri

-Kimya

-Geologiya, Ətraf mühit və Dəniz elmləri

-Riyaziyyat və statistika

-Fizika və astronomiya

Sosial elmlər

-İqtisadiyyat və ekonometriya

-Təhsil

-Coğrafiya

Hüquq,

Siyasət, beynəlxalq elmlər

Psixologiya

Komputer elmləri