London Metropolitan Universiteti
London Metropolitan Universiteti 2002-ci ildə 2 universitetin-Şimali London London Guildhall Universitetlərinin birləşdirilməsi nəticəsində yaradılmışdır. Uzun illər qoyulan investisiyalar nəticəsində Universitet çoxlu və yüksək səviyyəli tədiqat institularına və mərkəzlərinə sahib olmuşdur. Mövcud olan “superlab” -ın 280-dən çox iş stansiyaları və əlavə olaraq idman elmi, qanalma və virusologiya kimi spesifik sahələr üçün laboratoriyaları da vardır. Böyük infrastruktura malik olan universitet media sahəsi üzrə təhsil alan tələbələrə xəbərlər otağında radio stansiyasında işləmək, hüquq sahəsində təhsil alanlara isə quraşdırılmış məhkəmələrdə işləmək imkanları yaradır.
Universitetin əsas kampusu Elm-Hesablama və Sosial elmlər-humanitariya fakültələrinin də olduğu Hallowaydə yerləşir. Kampus Londonun mərkəzindən ictimai nəqliyyatla 10 dəqiqəlik məsafədə yerləşir.
Digər iki fakültədən biri olan dizayn, memarlıq və rəsm üzrə İncəsənət fakültəsi Londonun şərqində brend adların və müstəqil dizynerlərin olduğu Sir John Cass-da yerləşir. Digəri olan biznes və menecement fakültəsi Londonun qədim və eyni zamanda, maliyə mərkəzlərindən olan Moorgatedə yerləşir. Beynəlxalq biznes mərkəzləri və çoxlu banklar bu ərazidə yerləşir.
Biznes və İqtisadiyyat
-Hesablama və Maliyə
Həyat elmləri
-Biologiya elmləri
-İdman elmləri
Fizika Elmi
-Kimya
Riyaziyyat və Statistika
-Fizika və astronomiya
Komputer elmi
Sosial elmlər
-Kommunikasiya və media elmləri
-İqtisadiyyat və Ekonometriya
-təhsil
-Psixologiya
-Sosiologiya
Komputer elmləri