Liverpool John Moores

Liverpool John Moores

1823-cü ildə mexanika institutu kimi açılan Liverpool John Moores Universiteti hal-hazırda Birləşmiş Krallığın ən böyük təhsil mərkəzlərindən biridir. Sahibkar və filantropist cənab John Moores-un adını daşıyan Universitet 3 böyük korpusdan ibarətdir ki, bunlardan ən mərkəzi mövqedə yerləşəni Şəhər korpusu Liverpulun  Dünya Muzeyi,  Walker Art Qalereyası və St George  zalı da daxil olmaqla məzkəzindən çox qısa bir məsafədədir.

100 ölkədən təxminən 25 min tələbəyə təhsil verən universitet inteqrasiya olunmuş mədəni və etnik müxtəlifliyi ilə seçilir. Universitet bir sıra təhsil kollecləri, ictimai xidmətlər, şəxsi xidmətlər və eyni zamanda, Avropa, Asiya və Amerikadakı bir sıra universitetlərlə patnyorluq edir.  Universitet təhsildə daha çox praktiki, tədbiqi yanaşmaya əsaslanaraq tələbələrin tibb, elm, mühəndislik və hüquq sahələrində daha geniş və effektiv təhsil almağında böyük tohfələr verməkdədir. Universitetin eyni zamanda, Sahibkarlıq mərkəzi var ki, bu da hər il 2000-ə yaxın tələbənin şəxsi biznesinin qurulması və inkişaf etdirilməsində dəstəkləyir. 2015-ci ildə innovativ tələbələrə mükafat və təltifaların təqdim olunması üçün  500 000 pound dəyərində maliyə ayrılmışdır.

 

Biznes və İqtisadiyyat

-Hesablama və maliyə

-Biznes və menecement

İncəsənət və humanitariya

- memarlıq

-İncəsənət, aktyorluq və Dizayn

-Tarix, Filisofiya və Dinçilik

Həyat elmləri

-Biologiya elmləri

-Idman elmi

Fizika elmləri

-Kimya

-Geologiya, Ətraf mühit və Dəniz elmləri

-Riyaziyyat və statistika

-Fizika və astronomiya

Sosial elmlər

-Kommunikasiya və mediya elmləri

-İqtisadiyyat və ekonometriya

-Təhsil

-Coğrafiya

Hüquq,

Siyasət, beynəlxalq elmlər

Psixologiya

Mühəndislik və texnologiya

-Sivil mühəndislik

-Elektrik və elekrtonik mühəndisliyi

-Ümumi mühəndislik

Mexaniki və fəza mühəndisliyi

Komputer elmləri

Sağlamlıq

-Tibb və Diş həkimliyi