Lanchaster Universiteti

Lanchaster Universiteti

Lanchaster Universiteti Birləşmiş Krallığın Lanchaster şəhərində yerləşən kollegial və N8 Tədqiqat Əməkdaşlığının üzvü olan universitetdir(Şimali İngiltərənin ən çox tədqiqat aparan səkkiz universitet birliyi).

Universitetin yaranma tarixi 1947-ci ildə Lanchesterdə keçirilən ictimai yığıncağın universitet kollecinin yaradılması təklifini dəstəkləməsi ilə əlaqdardır. Lakin Universitetin əsası 1964-cü ildə qoyulmuşdur. Lanchasterin ilk binası şəhərin St Leonard’s Gate ərazisində yerləşirdi. Hal-hazırda onun kampusu geniş yaşıllıq və çoxlu parkların yerləşdiyi zonada şəhər mərkəzindən üç mil uzaqlıqda salınmışdır.

Lanchaster Birləşmiş Krallığın az saylı bir neçə universitetlərindəndir ki, kollegial təhsil sisteminə malikdir.  Universitet səkkizi bakalavr və biri magistr təhsili üçün nəzərdə tutulmuş doqquz kollecdən ibarətdir.

100 ölkədən 12 minə yaxın tələbə ilə kampus banklar, mağazalar, kafe və restoranlar və sağlamlıq mərkəzləri olan kiçik şəhərciyi xatırladır. Tələbələr, eyni zamanda, beynəlxalq incəsənət kolleksiyalarına ev sahibliyi edən kampusun öz teatr və incəsənət galereyasının xidmətlərindən də yararlana bilərlər.

Universitet dağlara və dənizə olduqca yaxın məsafədədir. Əsrarəngiz təbiət gözəlliklərini özündə təcəssüm etdirən District National Park gölü və Bowland meşəsi də universitet kampusuna yaxınlıqda yerləşir.

Universitetin Kuala Lumpurda Sunway Kollec Universiteti, Hindisdanda Goenka Dünya İnstitutu, Pakistanda COMSATS və Braziliyada Lavras Federal Universiteti kimi beynəlxalq institutlarla əməkdaşlıq münasibətləri var.

Son altı ildir ki, Universitetin yataqxanası “National Student Housing Survey” sorğusunun nəticəsinə uyğun olaraq 'Best University Halls'(ən yaxşı universitet salonları) mükafatına layiq görülmüşdür.

Proqramlar

Biznes və İqtisadiyyat

-Hesablama və maliyə

-Biznes və menecement

Mühəndislik və texnologiya

-Elektrik və elekrtonik mühəndisliyi

-Ümumi mühəndislik

Mexaniki və fəza mühəndisliyi

İncəsənət və humanitariya

-Tarix, Filisofiya və Dinçilik

-Dil, Ədəbiyyat və dilçilik

Həyat elmləri

-Biologiya elmləri

Fizika elmləri

-Kimya

-Geologiya, Ətraf mühit və Dəniz elmləri

-Riyaziyyat və statistika

-Fizika və astronomiya

Sosial elmlər

-İqtisadiyyat və ekonometriya

-Təhsil

-Coğrafiya

Hüquq,

Siyasət, beynəlxalq elmlər

Psixologiya

Komputer elmləri