Kingston Universiteti
Kingston Universiteti Temza çayının sahili, Londonun cənu qərbində yerləşən Kingstonda salınmış dövlət tədqiqat universitetidir. 1899-cu ildə ilk dəfə Politexnil institute kimi fəaliyyətə başlayərkən tələbələrə dərzilik, gil ilə işləmə və elektrik sistetmi ilə bağlı təhsil proqramları tədris edirdi. 1970-ci ildə, artıq 34 tədris proramı təklif edən institut Politexnik Universitetinə çevrildi. 1992-ci ildə, yarandığından 100 il sonra Kingston Universiteti kimi dəyişdirildi.
London və Surrey şəhərləri arasında, çay sahilində tarixi bir məkanda yerləşən Kingston Universiteti, çoxlu əyləncə məkanları, restoranlar və mağazalar ilə əhatələnmişdir. Temza üzərində yerləşən universitetindən həm şəhər ətrafı, həm də şəhər mərkəzinə çox rahat keçmək mümkündür. Belə ki, o, Richmond Park və Hampton Məhkəməsinə yaxındır və Londonun mərkəzinə qatar səyahəti ilə 25 dəqiqəlik məsafədə yerləşir. 2,500 heyət üzvü və illik 203 milyon fund sterlinq gəliri olan universitet şəhərin işçi sayına görə ən böyük müəssisəsidir.
Universitet eyni zamanda ictimai mühazirələr, sərgilər və tamaşalara ev sahibliyi edir və özünün idman və sağlamlıq obyektlərini yerli sakinlərə və bizneslərə açıq elan edir.
Kinstom Universiteti beş fakültə və dörd kampusdan ibarətdir: Penrhyn Road ( tələbə fəaliyyətlərinin mərkəzi), Knights Park ( çay kənarında yerləşir), Kingston Hill ( yaşıl parklarla əhatələnib) və Roehampton Vale ( müasirdir və Richmond Parka yaxın məsafədədir). Bu kampuslar bir-biri ilə ödənişsiz daxili avtobus xidməti ilə əlaqəlidir.