Glasgow Caledonian Universiteti

Glasgow Caledonian Universiteti

Glasgow Caledonian Universiteti (GCU) 1993-cü ildə Glasgow Politexnik və Queens kolleclərinin birləşdirilməsi nəticəsində yaradılmışdır.

20 mindən çox tələbəyə təhsil verən Şotlandiyanın ən qədim təhsil ocaqlarından biri olan universitet özünün texnoloji infrastruktura 54 milyon£-luq yatırım yatıran Univeritetin  Glasgovda yerləşən əsas kampusu Birləşmiş Krallığın ən müasir kampuslarındadır.

Universitet 3 məktəbdən ibarətdir: Mühəndislik və Tikinti; Biznes və Cəmiyyət; Sağlamlıq və Həyat Elmləri. Universitetin eyni zamanda, magistr üzrə moda təhsili təklif edən London və New Yorkda da korpusları vardır.

GCU özünün çoxlu sayda təhsil proqramları təklif edən praktiki institut kimi seçilir.Bu yeganə universitetdir ki, Risk menecementi üzrə Honours dərəcəsi, Londonda moda məktəbində isə Luks Brend Menecement üzrə MBA təklif edir.

Universitetin praktik yanaşması virtual xəstəxana, moda fabriki kimi tədris vasitələrinin inkişafina yol açmışdır. Universitetin tələbələrin iş həyatına uğurlu şəkildə hazırlanması yanaşması Britaniya Sənaye Konfederasiyası və Future Fit təfindən yüksək qiymətləndirilmişdir. Logosu “ For the common good” (ümumi rifah üçün) olan universitet sosial dəyişikliklərə üçün ali təhsili təşfiq etməsinə görə “Changemarker Campus” sertifikatına layiq görülmüşdür.

Şotlandiyanın mədəniyyət paytaxtı olan Glasgow şəhəri 2016-cı ildə Nathional Geographic tərəfindən dünyanın səyahət edilməli olan top şəhərlərindən biri kimi qeyd olunmuşdur.

 

Glasgow Universiteti tərəfindən təklif edilən proqramlar.

Biznes və İqtisadiyyat

-Hesablama və maliyə

-Biznes və menecement

İncəsənət və Humanitariya

-İncəsənət, aktyorluq və dizayn

Həyat elmləri

-Biologiya elmi

-İdman elmi

Mühəndislik və texnologiya

-Sivil mühəndislik

-Elektrik və elektronik mühəndisliyi

-Ümumi mühəndislik

-Mexaniki və aerofəza mühəndisliyi

Sosial elmlər

-Kommunikasiya və media

-İqtisadiyyat və ekonometriya

-Hüquq

-psixologiya

Fizika elmi

-Geologiya, Ətraf mühir, Planet və Dəniz elmləri

-Riyaziyyat və statistika

Klinikal və Sağlamlıq

-Tibb və stomatologiya