Coventry University

Coventry University

Koventri Universiteti İngiltərənin Koventri şəhərində yerləşən dövlət universitetlərindəndir. 1987-ci ilə qədər Lançester Politexnik İnstitutu adlandırılan təhsil mərkəzi bu tarixdən etibarən dərəcə təltif etmə statusuna malik olmuşdur.

27 mindən çox tələbəyə malik Koverti şəhərin Warwick universitetilə birlikdə 2 ən böyük universitetlərindən biridir. Universitetin 3 kampusu var. Onlardan ən böyüyü və əsası Kovertidə yerləşənidir. Digərləri isə ŞimalıYorkshire-in Skorboro şəhərində və Londonda yerləşir. Kovertidə yerləşən kampusda hal-hazırda 160 milyon fund sterlinq dəyərində yenidən inkişaf proqramı həyata keçirilir. Universitet 4 fakültə və 1 məktəbdən ibarətdir və lokal və milli təşkilatlara biznes xidmətini təmin edən çoxlu kommersiya subsidiyalarını idarə edir. Universitet Əməkdaş Universitetlər Assosiasiyası, Universitet İttifaqı və Birləşmiş Krallıq Universitetlərinin üzvüdür.

Koventri Universitet Kolleci 2012-ci ildə kampusda yaradılmışdır və Koverti Universiteti nəzdində fəaliyyət göstərərək hesablama, hüquq elmləri və marketing sahələrində  tam və natamam zamanlı kurslarla təmin edir. Universitet, eyni zamanda, tamamilə online formatda olan bakalavr proqramları da təklif edir.