Bournemouth Universiteti

Bournemouth Universiteti

Bournemouth Universiteti İngiltərənin cənub sahilində, Dorsetin sahil şəhəri olan Bournemouth-da yerləşir. 1992-ci ildə universitet kimi formalaşan Bournemouth Universiteti XX əsrin əvvəllərində yaradılmış Bournemouth Bələdiyyə Kollecinə əsaslanır.  Bu gün universitet 150-dən çox bakalavr və 100-dən artıq magistr və doktor dərəcələrini təklif edir.

Universitet 2 korpusdan ibarətdir: əsas fakültələrin yerləşdiyi Talbot Kampusu və Sağlamlıq və Sosial Elmlər fakültələrinin yerləşdiyi Lansdowne Kampusu.

Özünün media elmləri üzrə keçirildiyi kurlarına görə məşhur olan Bournemouth Universiteti Mediya Təcrübəsində Mükəmməlliyə görə tanınan yeganə Birləşmiş Krallıq Universitetidir. Universitetin əvvəlki məzunlarından Qladiator, Üzüklər Şahzadəsi və Cazibə Qüvvəsi kimi Hollivud istehsalı olan filmlərdə çalışmışdır.

Digər  məhkəmə arxeologiyası və cinayət səhnəsi elmi kimi sahələr üzrə də ixtisaslaşan Universitetin bir neçə fakültədən olan tədqiqatçiları Bosnia və Hersoqovina, Ruanda və İraqda törədilmiş soyqırımları üzrə tədqiqat aparmaqdadırlar.

Universitetdə 130 ölkədən 2 minə yaxın xarici tələbə də təhsil almaqdadır.

 

Bournemouth Universiteti tərəfindən təklif edilən proqramlar.

Biznes və İqtisadiyyat

-Hesablama və Maliyə

-Biznes və menecement

İncəsənət və humanitariya

Kommunikası və Media elmləri

-İncəsənət, aktyorluq və dizayn

Sosial elmlər

-İqtisadiyyat və Ekonometriya

-Coğrafiya

-Hüquq

-Siyasət və Beynəlxalq elmlər

-Psixologiya

-Sosiologiya

Komputer elmləri

Mühəndislik və texnologiya

Fizika elmləri

-Geologiya, Ətraf mühit, Yer və Dəniz elmləri