Birkbeck University of London

Birkbeck University of London

Filantrop George Birckbek 1823-cü ildə paytaxtda işləyən fəhlə sinfini təhsil ilə təmin etmək üçün London Mexanika İnstitutunun əsasını qoymuşdur. Birkbeck ölkənin ilk institutlarındandır ki, açılışından 7 il sonra qadınların da qəbuluna başlamışdır.

1858-ci ildən etibarən Birckbek tələbələrin ali təhsil almaq üçün seçdiyi tədris mərkəzlərindən birinə çevrilmişdi.

George Birckbekin düşüncələrinə görə və indi də London Universitetinın həyata keçirdiyi siyasətə əsasən ali təhsil sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq bütün insanlar üçün əl çatan və mümkün olmalıdır.

Yarı zamanlı olaraq ali təhsil verən və Londonun yeganə axşam təhsilli universitetində 18 min tələbəyə müxtəlif fakültələrdə onlarla proqramlar tədris edilir.

Birckbek Universiteyi özünün tədqiqat institutuna görə də tanınır. 2014- cü il Research Excellence Framework-a əsasən Universitetin tədqiqatın 73%-i beynəlxalq səviyyədə mükəmməl olaraq qiymətləndirilmişdir.

Universitet 5 məktəbdən və ümumi olaraq 19 akademik söbələrdən ibarətdir.

Bloomsbury ərazisinin mərkəzində yerləşən  Universitetin əsas kampusu Londonun digər öndəgedən universitetlərinin, dünya səviyyəli tədqiqat mərkəzlərinin, eyni zamanda, Britaniya muzeyi və  Welcome kolleksiyasının daxil olduğu muzeylər və incəsənət qalereyalarının yaxınlığındadır.

2013-cü ildə Şərqi Londonda, Stratfordda yeni korpusun açıılışı ilə Universitet genişlənmışdir.

Hong Kong Shue Yan University, the University of Sao Paolo and Columbia University in New York kimi dünya səviyyəli  ali təhsil ocaqları ilə geniş əlaqələri mövcuddur. Universitetin özünün Birckbek Talant adlı kadrlar agentliyi vardır ki, bu da məzun olduqdan sonra təcrübə keçmək və işləmək üçün tələbələrin Londonun ən önəmli şirkətləri ilə əlaqə qurmasına kömək edir.

 

Birkbeck, London Universiteti tərəfindən təklif edilən proqaramlar.

Biznes və İqtisadiyyat

-Hesablama və maliyə

İncəsənət və humanitariya

-Arxeologya

-İncəsənət, aktyorluq və Dizayn

-Tarix, Filisofiya və Dinçilik

Həyat elmləri

-Biologiya elmləri

Fizika elmləri

-Kimya

-Geologiya, Ətraf mühit və Dəniz elmləri

-Riyaziyyat və statistika

-Fizika və astronomiya

Sosial elmlər

-Kommunikasiya və mediya elmləri

-İqtisadiyyat və ekonometriya

-Təhsil

-Coğrafiya

Hüquq,

Siyasət, beynəlxalq elmlər

Psixologiya

Komputer elmləri