Aston Universiteti
Dövlət universiteti olan Aston Universiteti İngiltərənin əhalisinə gorə ən böyük şəhəri Birminghamın mərkəzində yerləşir. Universitetin meydana gəlməsi XIX əsrdə Birminghamda Metallurgiya məktəbi və Midland İnstitutunun yaradılması ilə bağlıdır. 1895-ci ildən Bringham Bələdiyyə Texniki Məktəbinə çevrilmişdir. 1966-cı ildə universitet statusu almağına qədər bir neçə dəfə adı dəyişilmişdir.
Universitet 5 məktəbdən ibarətdir: Mühəndislik və Tədbiqi elm, Yaşam və Sağlamlıq elmləri, Dil və Sosial Elmlər, Aston Tibb məktəbi, Aston Biznes məktəbi. Universitetin 9 min bakalavr və 2 min magistr təhsili alan 11 min tələbəsi var. Universitetin Kampusu Bringhamin Gosta Green ərazisinin 60 cəlbedici atraksiyonlarının ətrafında yerləşir. Kampus üzgüçülük hovuzu, idman mərkəzləri, kitabxana, kafelər, sağlamlıq mərkəzləri və bir çox yaşıl parklara da sahibdir.
250 min kitab və 800 jurnal materiallarıına sahib 4 mərtəbədən ibarət kitabxana 700 tələbənin eyni vaxtda istifadəsi üçün mümkündür. Kitaxana eyni zamanda 3500 elektronik jurnal və 40 databazalara çıxışı təmin edir. Aston University sənaye və biznes sahəsinə də önəmli töhfələr vermişdir. 2012-ci ildə Telegraf qəzeti gələcəyin milyonerlərini yetişdirmək potensialına gorə Birləşmiş Krallığın top 10 universitertləri arasına salınmışdır. Univeritet eyni zamanda, 140 unviversitet və 40 müxtəlif dövlətlə partnyorluq münasibətləri var.
Astonun məzunları sırasında komediyan Frankie Boyle, BBC jurnalisti İvan Noble və məşhur beynəlxalq müxbir Nic Robertson da var.
Aston Universiteti tərəfindən təklif edilən proqramlar.
Biznes və İqtisadiyyast
-Hesablama və Maliyə
Biznes və Menecment
Mühəndislik və texnologiya
-Elektrik və elektronik mühəndisliyi
-Ümumi mühəndislik
-Mexaniki və aerohava mühəndisliyi
-Kimya mühəndisliyi
Həyat elmləri
-Biologiya elmləri
Komputer elmləri
Sosial elmlər
-İqtisadiyyat və Ekonometrika
-Hüquq
-Siyasət və beynəlxalq elmlər
-Psixologiya
-Sosiologiya
İncəsənət və Humanitariya
-Tarix, Filosofiya və Dinçilik
-Dil, Ədəbiyyat və Dilçilik
Tibb və sağlamlıq