Anglia Ruskin Universiteti

Anglia Ruskin Universiteti

Birləşmiş Krallığın ən innovativ universitetlərindən olan Anglia Ruskin Universiteti Times Higher Education tərəfindən yüksələn ulduz adını almaqla bərabər Firetail Report-un proqnozuna əsasən isə 2030-cu ildə dünyanın elit təbəqələrinə qarşı mübarizə aparaca əsas institulardan olacaqdır.  Universitet Şərqi İngiltərənin ən böyük universitetlərindən biridir.

Dünyanın  dörd qitəsinin 177 dövlətindən olan tələbələr yuksək səviyyəli ixtisas və diplomlara malik olurlar.  Universitet həmçinin hər il 2000 biznesin inkişafına kömək edir və bir sira təhsil, kommersiya tipli layihələrin həyata keçirilməsi üçün təşkilatlarla partnyorluq edir.

Olduqca təşəbbüskar olduğu qədər innovativliyi ilə seçilən universitet bu keyfiyyətlərin tələbələrə aşaınlanmasına böyük maraq göstərir. 

Tələbələr, biznesmenlər və partnyorlar universitetin yüksək imkanlarından faydalanırlar. Son beş ildə 100 milyon pound investisiya qoyulmuşdur və növbəti beş il üçün 91 milyonluq investisiya qoyulması nəzərdə tutlur. 12 yüksək səviyyəli tədqiqat sahəsini əhatə edən 5 fakültə və 6 tədqiqat institututu olan universitetin  akademik üstünlüyü Birləşmiş Krallığın Ali Təhsil maliyə orqanları tərəfindən də tanınmışdır.

Tələbələr Anglia Ruskin Universitetini öyrətmə qabiliyyəti, şəxsi inkişafa nail olma və başqa xüsusiyyətlərinə görə yüksək qiymətləndirirlər. Tələbələrin 92 %- i mühazirələrin fənlərin öyrənilməsi baxımından olduqca effektli, 91%-İ də mühazirələrin çox aktiv və dinamik keçirildiyini qeyd edirlər. Məhz bu baxımdan son üç ildir ki, Universitet Milli Tələbə Sorğusunda ön pillələri tutmaqdadır. 

İnnovativ Universitet olan Anglia Ruskin təhsil, bilik mübadiləsi, təcrübə və bacarıqları təşviq edərək və dəstəkləyərək yeni korpusların açılışını təmin edir.

Daha ətraflı məlumat üçün anglia.ac.uk

Anglia Ruskin Universiteti tərəfindən təklif edilən proqramlar

 

Biznes və İqtisadiyyat

-Hesablama və maliyə

İncəsənət və humanitariya

-Arxeologiya

-Memarlıq

-İncəsənət, aktyorluq və dizayn

-Dil, ədəbiyyat və dilçilik

Həyat elmləri

-Biologiya elmləri

-İdman elmi

-Baytarlıq

Mühəndislik və texnologiya

-Sivil mühəndislik

-Elektrik və elektronik mühəndisliyi

-Ümumi mühəndislik

-Mexaniki və aerohava mühəndisliyi

Sosial Elmlər

-Kommunikasiya və Mediya

-Təhsil

-Siyasət və beynəlxalq elmlər

-Psixologiya

Komputer elmləri

Fizika Elmləri

Geologiya, Ətraf mühit, Yer və dəniz elmləri

Tibbi və Sağlamlıq