Beykent Universiteti
Beykent Universiteti
Türkiyənin aparıcı özəl universitetlərindən olan Beykənt Universiteti 1997-ci ildə təsis edilmişdir. Universitet Türkiyədə sürətlə böyüyən və inkişaf edən universitetlərdən biridir. Beykent Universiteti əmək bazarına uyğun məzunlar yetişdirmək məqsədi ilə bilik və texnoloji imkanlarını sürətlə artıran, əmək bazarına uyğun ixtisaslaşmanın aparılmasına xidtmət edən ixtisasları tətbiq edən universitetdir. Universitet hər il öz misiyalarına uyğun olaraq tələbələri inkişaf etmiş fiziki və texnoloji infrastruktur, sosial mühit, tədris-tətbiqi proqramlar və resurlarla təmin edir.
Təbii ki, Beykent Universitetində təhsil beynəlxalq tələbələr üçün də maraqlıdır. Belə ki, universitet hər il beynəlxalq tələbələri qarşılayır və onlara ingilis, türk dillərində tədris imkanları təklif edir. Beykent Universitetinin beynəlxalq tələbələr üçün münbit mühiti vardır. Belə ki, universitet xarici tələbələri bakalavr, magistratura, doktorantura pillələri, müxtəlif ixtisasartırma kursları üzrə qəbul edir. Eyni zamanda Beykent universitetinə qəbul olan tələbələr universitetin beynəlxalq əlaqələrindən istifadə edərək, "Erasmus+" , "İkili Diplom" , xarici ölkələrdə staj və müxtəlif ixtisasartırma kursları keçə bilərlər.
Hal-hazırda universitetdə 9 fakültə 100-dən çox ixtisas üzrə tələbə qəbul edir. 30 000 tələbəyə təhsil verməkdə olan Beykent Türkiyənin tələbələr tərəfindən ən çox seçilən təhsil müəssisələri arasındadır. Universitetdə aşağıdakı fakültələr vardır.
* Fən-Ədəbiyyat fakültəsi
* İncəsənət fakültəsi
* Hüquq fakültəsi
* İqtisadi və İdarəçilik elmləri fakültəsi
* Hüquq fakültəsi
* Rabitə və telekommunikasiya fakültəsi
* Mühəndislik-memarlıq fakültəsi
* Tibb fakültəsi
* Diş həkimliyi fakültəsi
Niyə Beykent Universiteti ?
- Universitet Türkiyənin mərkəzi sayılan İstanbul şəhərində yerləşir. Universitetin İstanbulda yerləşməsi eyni zamanda şəhərdəki digər təhsil mərkəzlərinə, kitabxanalara, muzeylərə və şəhər həyatına əlçatanlığı üçün əlverişlidir.
- Universitetdə təhsil haqqları 7.000-32.000 tl arasıdır ki, bu da digər universitetlərlə müqayisədə kifayət qədər sərfəlidir.
- Universitetin İstanbulun mərkəzində yerləşən 4 fərqli kampusu tələbələr üçün fəaliyyətdədir.
- Tələbələrin sosial həyatı olduqca aktivdir. Universitetdə müxtəlif məzmunlu 86 Tələbə Klubu fəaliyyət göstərir.
- Erasmus və Erasmus+ proqramları ilə dünyanın müxtəlif ölkələrində təhsil almaq imkanı mövcuddur
- Beykent universitetinin məzunu olan tələbələr təhsillərini magistratura, doktorantura pilləsi üzrə davam etdirmək istədikdə, universitetin 50%-lik özəl bursunu əldə etmiş olurlar.
Beykənt Universitetində təhsil üçün Kaspi Xaricdə Təhsilə müraciət edə bilərsiniz.