Bahçeşehir Universiteti
İstanbulun mərkəzində Bosfor boğazının sahilində yerləşən Bahçeşehir Universiteti Türkiyənin ən qabaqcıl universitetlərindən biridir. Bahçeşehir universiteti "İstanbulun Qəlbində" sloganı ilə yerli və əcnəbi tələbələrə təhsil üçün imkanlar yaratmaqdadır. Universitet özünün beynəlxalq mühiti, xarici tələbələrə xüsusi xidməti ilə seçilir. Şəhərin mərkəzində yerləşməsi və beynəlxalq gücü universiteti ən seçilənlərdən edir.
Bahçeşehir Universitetində əcnəbi tələbələrin sayı olduqca çoxdur. Dünyanın müxtəlif ölkələrindən - ABŞ, Çin, Cənubi Koreya, Azərbaycan və digər ölkələrdən minlərlə tələbə Bahçeşehir Universitetində təhsil almaqdadır. Eyni zamanda Bahçeşehir Universiteti dünyanın müxtəlif ölkələrində yerləşən universitetlərlə də əməkdaşlıq etməkdədir. Universitetin Beynəlxalq Şöbəsi həm xaricdən gələn tələbələrin Bahçeşehir Universitetində təhsilini təmin edir, həm də Bahçeşehir Universitetində təhsil alan tələbələrin xarici universitetlərə transferini həyata keçirir. Bahçeşehir Universitetinin tələbəsi olmaqla siz hər il müxtəlif ölkələrdə keçirilən yay və qış məktəblərinin, beynəlxalq layihələrin, seminar və konfransların iştirakçısı olmaq imkanı da əldə edirsiniz. Bahçeşehir Universiteti geniş beynəlxalq əlaqələri vasitəsi ilə 175 ölkə ilə "Erasmus+" layihəsi çərçivəsində əməkdaşlıq edir.
Universitet 9 fakültədən və onlarla akademik mərkəzlərdən ibarətdir. Bakalavr üzrə 18150, magistratura üzrə 5253 tələbə təhsil almaqdadır. Bahçeşehir Universitetində təhsil alan əcnəbi tələbələr isə 4.648 nəfərdir. Universitetin 3 kampusu var. Bu kampusların hər biri yüksək keyfiyyətli təhsil avadanlıqları, infrastruktur və tələbərin rahat təhsil almaları üçün rahat şərait təmin olunmuşdur.
Türkiyədə təhsil üçün Bahçeşehir Universitetini seçməkdə digər məqsədiniz isə universitetin yüksək reytinqi və akademik uğurlarıdır.
- Bahçeşehir Üniversiteti 2017-ci ildə “Türkiye’nin Eğitimde En İyi Marka Ödülü”nün mükafatının sahibi olmuşdur.
- Bahçeşehir Üniversitesti 2017 ve 2018 -ci illərdə “Eğitim Dalında Türkiye’nin 500 Büyük Hizmet İhracatçısı Büyük Ödülü” mükafatının sahibi olmuş
Bahçeşehir Universitetində təhsil üçün həm bakalavr, həm də magistratura pilləsi üzrə aşağıdakı fakültələr üzrə seçim edə bilərsiniz:
- Diş Hekimliği Fakültesi
- Eğitim Bilimleri Fakültesi
- Hukuk Fakültesi
- İletişim Fakültesi
- İktisadi, İdari ve Sosyal Bilimler Fakültesi
- Konservatuvar
- Mimarlık ve Tasarım Fakültesi
- Mühendislik ve Doğa Bilimleri Fakültesi
- Sağlık Bilimleri Fakültesi
- Tıp Fakültesi
Qeyd etmək istərdik ki, Kaspi Təhsil Şirkəti və Bahçeşehir Universiteti 2016-cı ildən rəsmi əməkdaşlıq etməkdədir.
Təhsilinizi Türkiyənin ən prestijli universitetlərindən olan Bahçeşehir Universitetində davam etdirmək üçün Kaspi Xaricdə Təhsilə müraciət edin!
Əlaqə - 0506423909
Ünvan – Xocalı 57a