City College of New York
New York Şəhər Kolleci New York Şəhər Universitetinin 24 ali kolleci içərisində ən qədim olanıdır. 1847-ci ildə əsası qoyulan Kolleci ABŞ-ın birinci ali təhsil müəssisəsidir.
Kollec beş məktəbdən və Fərqlənmə Kollecindən təşkil olunmuşdur. Bu məktəblər Liberal İncəsənət və Elm, Memarlıq, Təhsil, Mühəndislik və Biomedikal Təhsil Kollecləridir.
Universitetin məzunaları arasında fizika sahəsində üç Nobel mükafatı laureatı var, onlar Robert Hofstadter, Arno Penzias və Leon Ledermandır. Albert Einstein Amerika Birləşmiş Ştatları çərçivəsində təşkil edilmiş mühazirə silsiləsində ilk elmi məruzəsini 1921-ci ildə bu Kollecdə vermişdir.
Universitet kampusu New Yorkun mərkəzi Manhattandadır. Kampus şəhərin müxtəlif yerlərinə asanlıqla keçməyə kömək edən transport sisteminin yaxınlığında yerləşir.
Əlavə məlumat: https://www.wikiwand.com/en/City_College_of_New_York