Şimali Qafqaz Federal Universiteti

Şimali Qafqaz Federal Universiteti

Rusiyanın ən zəngin və prestijli regionlarından olan Stavropol Regionu Qara dəniz və Xəzər dənizləri arasında yerləşir. Regionun paytaxtı və mədəni, sənaye və biznes mərkəzi Stavropol şəhəridir. Şəhər 1777-ci ildə salınmışdır. Şəhər tarixi abidələri və müasir memarlıq nümunələrinin vəhdətindən ibarət gözəl bir şəhərdir. Şəhərin infrastrukturu və çox yaxşı coğrafi mövqedə yerləşməsi bu şəhərdə təhsil alan tələbələr üçün gözəl fürsətlər bəxş edir.

Şimali Qafqaz Federal Universiteti regionun ən önəmli ali təhsil müəssisəsidir. Bura şəhərin təhsil, elm və innovasiya mərkəzi kimi Şimali Qafqaz Federal rayonun sosial və iqtisadi inkişafı üçün keyfiyyətli mütəxəssisləri hazırlayır. 1930-cu ildə qurulmuş universitetdə dünyanın 50 ölkəsindən 35 mindən çox tələbə 221 ixtisasda təhsil allmaqdadır.

Şimali Qafqaz Federal Universiteti 11 institutdan ibarətdir. Bura Neft və Qaz İnstitutu, İnformasiya Texnologiyaları və Telekommunikasiyalar İnstitutu, Elektrik Enerjisi Sənayesi İnstitutu, Elektronika və Nanotexnologiyalar İnstitutu, Sivil Mühəndislik İnstitutu, Nəqliyyat və Mexaniki Mühəndislik İnstitutu, İqtisadiyyat və Menecment İnstitutu, Xidmət, Turuzm və Dzayn İnstitutu, Hüquq İnstitutu, Riyaziyyat və Təbiət Elmləri İnstitutu, İnsan Elməri İnstitutu, Təhsli və Sosial Elmlər İnstitutu.

Universitet tələbələri yüsək təchizatlı dərs otaqları və laboratoriyalarda elmi tədqiqatlar etmək, Stavropol və Rusiyanın digər şəhərlərində müxtəliflər treyninqlər keçmək, təhsil məqsədilə universitetin bütün unfrastrukturlarından istifadə etmək imkanlarına sahibdirlər. Universitetdə yerləşən bütün departamentlər ən müasir təhsil və tədqiqat laboratoriyaları, komputer otaqları və analitik cihazlarla təmin olunmuşdur.

Təhsil haqqı- 2000-3000$ arası

Əlavə məlumat: http://www.ncfu.ru