Sank Peterburg Dövlət Kimyəvi Əczaçılıq Akademiyası

Sank Peterburg Dövlət Kimyəvi Əczaçılıq Akademiyası

Sank Peterburg Dövlət Kimyəvi Əczaçılıq Akademiyasının əsası 1919-cu ildə qoyulmuşdur və Rusiyanın ən qədim ən mükəmməl ali təhsil müəssisələrindən biridir. Bura əczaçılıq və biotexnologiya sahəsi üçün mütəxəssis hazırlığını həyata keçirən Rusiyanın aparıcı təhsil ocağıdır. 2003-cü ildə Rusiyanın ən yaxşı ali təhsil müəssisəsi adına layiq görülən Akademiya eyni zamanda, “Rusiyanın 100 Ən yaxşı Dövlət Universitetləri” nominasiyası yarşında “Avropa Keyfiyyəti” qızıl medalına sahib olmuşdur. 2006-cı ildə “İlin Tibbi Təhsil Müəssisəsi” nominasiyasında beynəlxalq “Profession-Life” mühafatının qalibi olmuşdur. Akademiyanın üəllim heyətinin pedoqoji professionallığı və mükəmməl elmi fəaliyyət bu uğurların qazanılmasında böyük rol oynamışdır. Üəllim heyətinin 80%-dən çoxu Doktor dərəcələri və Elmlər Namizədliyi əldə etmişdir.

1955-ci ildən etibarən Akademiya Əczaçılıq və Biotexnologiya sahəsi üzrə xarici dövlətlərə mütəxəssislər hazırlayır. Hal-hazırda Asiya, Afrika, Yaxın və Orta Şərq və Avropadan olmaqla 50-dən çox ölkədən tələbələr təhsil almaqdadır.

Maraqlı və yüksək səviyyəli təhsil təmin etmək naminə tələbələr üçün tibbi təchizatlı laboratoriyalar, geniş mühazirə zalları, komputer otaqları, oxu zalı, İnternet mərkəzi və rahat yaşayış üçün tələbə yataqxanaları mövcuddur. Akademiyanın kampusunda dərman bitki plantasiyaları salınmışdır ki, Əczaçılıq fakültəsinin tələbələri praktik dərslər boyunca vaxtlarını böyük hissəsini burada keçirirlər.

Əlavə məlumat: http://www.spcpa.ru