Novqorod Dövlət Universiteti

Novqorod Dövlət Universiteti

Novqorod tarixi abidələri ilə antik şarmlılığını qoruyan Rusiyanın ən qədim şəhərlərindən biridir. XI əsrdən etibarən şəhər ədəbiyyat və təhsilin mərkəzinə çevrilmişdir. Qədim Rusiyanın ilk ədəbiyyat nümunələri məhz burada meydana gəlmişdir.

Əalisinin sayı 350 min nəfərdən ibarət Novqorod şəhəri Sank Peterburqdan 150 km uzaqlıqda yerləşir. Novqorod şəhərində ali təhsilin tarixi XVIII əsrin birinci yarısına dayanır. Bu tarixdən etibarən adı dəfələrlə dəyişilmiş Universitet  hal-hazırda Müdrik Yaroslav adına Novqorod Dövlət Universiteti kimi adlandırılır. Avropa Universitetlər Birliyinin qiymətləndirməsinə görə Universitet Rusiyanın 100 ən yaxşı klassik universiteti sıralamasında ilk onluğa daxil olmuşdur.

Universitet 8 institutdan ibarətdir ki, burada 44 bakalavr, 13 magistratura və 4 ixtisas proqramı tədris olunur. Universitet texniki olaraq yüksək keyfiyyətli standartlara uyğun texnologiyalarla təchiz olunmuşdur. Burada 18 komputer otağı, web-kitabxana, multimediya studiyası, konfrans zalları, təqdimatlar üçün bütün təchizatlar və digər zəruri imkanlar və avadanlıqlar mövcuddur.

Universitetin beynəlxalq fəaliyyət dinamikası durmadan öz sürətini artırmaqdadır. Hal-hazırda Amerika Birləşmiş Ştatları,Almaniya, Fransa, Isveç, Finlandiya və Norveçin də daxil olduğu 11 ölkədən 26 universitet ilə uzun müddətli əməkdaşlıq müqavilələri də mövcuddur. Oksford Universitetin beynəlxalq səyahət proqramı Novqorod Universitetində də keçirilir. Bu proqram çərçivəsində tələbələr və yeni alimlər orada tədqiqat aparmaq, kitabxanalardan istifadə etmək və Oksfordun çox önəmli mütəxəssisləri ilə diskusiyalar aparıb onlarla məsləhətləşmək imkanına sahibdirlər.

Universitetdə Asiya, Afrika, Amerika Yaxın və Orta Şərq və Avropadan olmaqla 20 mindən çox tələbə təhsil almaqdadır. Tədris siseminin keyfiyyəti, müasir təhsil infrastrukturu, geniş ixtisas seçimi, mehriban atmosfer və başqa səbəblər Novqorod Dövlət Universitetini xarici tələbələr arasında dəyərli edir.

Əsas ixtisaslar bunlardır:  İqtisadiyyat; Ticarət Elmi, Menecment, Psixologiya, Pedaqoqiya, Psixologiya və Təhsil, Hüquq, Jurnalizm, Mexaniki Mühəndislik,  Sənaye və Sivil Mühəndislik, Fundamental və Tədbiqi Kimya, Biologiya, Coğrafiya, Ekologiya və Təbiət Menecmenti, Agronomiya, Agromühəndislik, İstehsal Texnologiyası və Kənd Təsərrüfatı məhsul emalı, Zootexnika, Meşəçilik, Elektronika və Nanoelektronika, Elektronik cihazların texnologiyası və konstruksiyası, Radio mühəndisliyi, İnformatika və Komputer mühəndisliyi, Maşınqayırma istehsalının texnoloji təminatı elmi, Elektrik Enerjisi Mühəndisliyi və Texnikası, Memarlıq, Memari Ətraf Mühit Dizaynı (Дизайн архитектурной среды) , Dizayn.

Təhsil haqqı: 3000 $

Əlavə məlumat: http://www.novsu.ru/