Nijniy Novqorod Dövlət Universiteti

Nijniy Novqorod Dövlət Universiteti

Moskva və Sank Perburqdan sonra Rusiyanın üçüncü paytaxtı adlandırılan Nijniy Novqorod  yerləşdiyi əlverişli coğrafi mövqeyi ilə dinamik iqtisadi və sosial inkişaf yaşayan şəhərdir. 1221-ci ildə əsası qoyulan şəhər tarixiliyi, memarlığı və mədəniyyət abidələri ilə seçilir.

1905-ci ildə əsası qoyulan və şəhərin əsas təhsil müəssisəsi olan Nijniy Novqorod Dövlət Universitetində 50 ölkədən 30 mindən çox tələbə təhsil almaqdadır. Universitet 20 fakültə və 100 departament, 6 tədqiqat institutu və laboratoriyalardan ibarətdir. Universitetin bir sıra dünya institutları və universitetləri ilə sıx tərəfdaşlıq əlaqələri mövcuddur. Bunlara Massaçusets Texnologiya İnstitutu, erren Universiteti (Almaniya), London Metropolitan Universiteti, Kalabria Universiteti (İtaliya) və başqaları aiddir. Rusiya Universitetləri arasdında aparıcı mövqe tutan universitet Avropa Akademik Şəbəkə Sədrlərinin İdarə Heyətinində təmsil olunur və Avropa Universitetlər Birliyinin də üzvüdür.

Universitetin kampusu şəhərin mərkəzində yerləşir. Burada rahat tələbə yataqxanaları, kafelər. Idman kompleksləri, stadion, otel və sağlamlıq mərkəzləri fəaliyyət göstərir. Botanika bağı, milyondan çox resursu olan kitabxana, nəşriyyat evi, çap sexi və tədqiqat mərkəzləri də bunların sırasındadır.

Əsas ixtisaslar bunlardır.

Bakalavr üzrə: Biologiya, Ekologiya və Ətraf Mühit menecmenti, Kimya, Fundamental və Tədbiqi Kimya, Kimyavi Texnologuya, Radiofizika, Fundamental informatika və İnformasiya Texnologiyaları, Telekommunikasiyalar sistemlərinin informasiya təhlükəsizliyi, Texniki kəşfiyyata müqavimət, Xüsusi radiotexniki sistemlər, Fizika, Elektronika və Nanoelektronika, Nonatexnologiyaları və mikrosistem texnologiyası, İnformasiya sistemləri və texnologiyaları, Riyaziyyat, Riyaziyyat və Riyazi Simulasiya. Fundamental Riyaziyyat və Mexanika, Riyaziyyat və Komputer elmi, Tədbiqi riyaziyyat və informatika, Proqram təminatı mühəndisliyi, Hüquq, Məhkəmə Ekspertizası, Sənəd və Arxiv elmi, Jurnalizm, Filologiya, Reklamçılıq və İctimai əlaqələr, Nəşriyyat, Psixologiya, Psixologiya və işçi fəaliyyəti, Menecment, İnsan Resursları menecmenti, Sosiologiya, Sosial İş, Filosofiya, İqtisadiyyat, Dövlət və Bələdiyyə İdarəçiliyi, Biznes İnformatikası, Ticarət Biznesi, Maliyyə və Kredit, Gömrük, Turizm, Otel İdarəçiliyi, Bədən Tərbiyəsi və İdman, Əlil insanlar üçün fiziki təhsil, Siyasi Elm, Beynəlxalq münasibətlər, Tarix, Mədəniyyət elmləri.

Magistratura üzrə: Beynəlxalq münasibətlər, Kimya texnologiyası, Elektronika və nanorlrktronika, İnformasiya sistemləri və Texnologiya, Maliyyə, Menecment, Dövlət və Bələdiyyə İdarəçiliyi, Biznes İnformatikası, İqtisadiyyat, Maliyyə və kredit, Tdbiqi İnformatika, İnsan Resursları menecmenti, Jurnalizm, Biologiya, Ekologiya və Təbiət İdarəçiliyi, Kimya, Riyaziyyat, Mexanika və Riyazi Simuliyasiya, Tarix, Mədəniyyət elmləri, İncəsənət Tarixi, Sosiologiya, Sosial iş, Filosofiya, Fiziki Məşğələ, Tədbiqi İnformatika, Filologiya, Psixologiya, Fizika, Radiofizika, Fundamental İnformatika və İnformasiya Texnologiyaları, Tədbiqi Mexanika və İnformatika, Siyasət elmi, Xarici Regionlar Elmləri

Əlavə məlumat: http://www.unn.ru/