Vistula University

Vistula University

Vistula Universiteti Polşada yaradılan ilk özəl Universitetdir. Universitet 1992-ci ildə təsis edilmişdir. Universitet Polşa universitetləri arasında kifayət qədər reytinqli və maddi-texniki təchizatına görə seçilən universitetlərdəndir. Universitet çoxlu sayda xarici tələbəsi ilə Polşa universitetləri içərisində ən beynəlmiləl universitetdir. 

Vistula universitetində təhsil almaq tələbələrə geniş imkanlar verir. Universitet müasir dövrün tələblərinə uyğun fəaliyyəti ilə tələbələrə müasir kitabxana, elmi-tədqiqat institutları, labaratoriyalar və s. təklif edir.

Vistula Universitetində həm polyak, həm də ingilis dilində bakalavr, magistratura, doktorantura üzrə təhsil almaq mümkündür. Universitet tələbə qəbulunu aşağıdakı fakültələr üzrə aparır : 

Bakalavr 

İqtisadiyyat

Maliyyə və hesablama

Menecement

Jurnalizm və media kommunikasiyası

Qrafik dizayn

 

Magistr

İqtisadiyyat

Maliyə və hesablama

Beynəlxalq münasibətlər

Menecement

Kaspi Təhsil Şirkəti və Vistula Universiteti rəsmi tərəfdaşlardır. Şirkətimiz universitetə qəbul prosesində namizədlərə dəstək göstərməyə hazırdır.