Kaunas Texnologiya Universiteti

Kaunas Texnologiya Universiteti

Kaunas Texnologiya Universitetin tarixi 1922-ci ildə əsası qoyulan Litva Universiteti ilə əlaqələndirilir. 1992-ci ildən Kaunas Texnologoya Universiteti kimi və yenidən təşkil olunmuş formada öz fəaliyyətini davam etdirməkdədir. 2000-ci ildə universitet Fasiləsiz Təhsil Universitetləri Avropa Şəbəkəsinin üzvü olur. 2001-ci ildə ali məktəb mühəndislik təhsilinin Avropa cəmiyyətinin üzvlüyünə qəbul edilir.

Hazırda universitet 9 fakültə, kitabxana, gimnaziya, 10 institut, 74 kafedra, 10 təhsil və tədqiqat mərkəzi, 23 elmi-tədqiqat laboratoriyasından ibarətdir. Ali məktəbdə 154 professor və 500 dosent daxil olmaqla təqribən 1000 müəllim dərs deyir, 20000 tələbə və 500 doktorant təhsil alır.

Həmçinin, ali təhsil ocağında beynəlxalq təhsil, texnologiya təlimi, akademik irəliləyiş, bədən tərbiyəsi və idman, maşınqayırma təhsili, kadrların hazırlanması və informasiya, mikrosistemlər və nanotexnologiyalar mərkəzləri açılıb.

Əlavə məlumat: https://www.wikiwand.com/en/Kaunas_University_of_Technology