Tallinn Texnologiya Universiteti (TUT)
Universitet 1918-ci ilin 17 sentyabr tarixində Estoniyanın paytaxtı Tallin şəhərində məktəb kimi fəaliyyətə başlayıb və 1938-ci ildə universitet statusu əldə edib. 1992-ci ildə universitetin tədris strukturunda bir sıra islahatlar aparılır. 1995-ci ildən bakalavrların hazırlığına başlanılır. 2002-ci ilin sentyabrından tədris proqramlarının (3 il bakalavriatura və 2 il magistratura) yeni sisteminə keçid həyata keçirilir, sonra təhsil prosesi Avropa universitetlərindəki tədris prosesi uyğunlaşdırılır. Bakalaviatura və magistratura təhsil pillələri üzrə ingilisdilli beynəlxalq səviyyə təhsili işə başlayır. Bu gün ali təhsil ocağında 8 fakultə və 4 kollec fəaliyyət göstərir. Texniki universitet təxminən 14 000 tələbə və 2000 əməkdaşı ilə Estoniyanın mühəndislik və texniki təhsil üzrə lideridir. Tələbələrin sayı üzrə Estoniyada ikinci yeri tutur. Ali təhsilə fənlərarası yanaşma, innovasiya və texnologiyaların inkişafı universitetin tipik xüsusiyyətidir. Texniki, dəqiq, sosial və təbiət elmləri sahəsində ali təhsil vasitəsilə Estoniyanın perspektivli inkişafına dəstək bu ali məktəbin missiyası elan olunub. Onu da qeyd etmək lazımdır ki, universitet bütün tələbələrin yaşayış yeri ilə təmin olunmasına zəmanət vermir. Lakin əcnəbi tələbələrin yerləşdirilməsi bu sahədə prioritet hesab olunur. Beynəlxalq tədris mərkəzinin personalı yaşayış yerinin axtarışında xarici tələbələrə dəstək göstərir.
Təklif olunan proqramlar
Bakalavr
Beynəlxalq biznes administrasiyası
Hüquq
Kompleks mühəndislik
Kiber Təhlükəsizlik mühəndisliyi
Magistratura
Kiber təhlükəsizlik
Kommunikativ elektronika
Komputer və system mühəndisliyi
Dizayn və mühəndislik
Ətraf mühit mühəndisliyi və menecementi
Taxta və plastika texnologiyası
Avropa memarlığı
Beynəlxalq biznes administrasiyası
Beynəlxalq münasibətlər və Avropa –Asiya elmləri
Hüquq
Illik- 2500-6000 €
İELTS- 5.5
TOEFL-72
Deadline- 14 Aprel
Əlavə məlumat: https://www.wikiwand.com/en/Tallinn_University_of_Technology