Orhus Universiteti
1928-ci ildə əsası qoyulan Orhus Universiteti Danimarkanın tarix boyu yaradılmış ikinci universitetidir. II Dünya müharibəsi zamanı zərər çəkmiş universitet müharibədən sonra yeni dirçəliş dövrünə qədəm qoymuşdur.
Hal-hazırda Universitetin 19 fakültəsi fəaliyyət göstərməkdədir. Bunlar Diş həkimliyi, Çin dili, Çex dili, Yunan dili, Latın dili, Hüquq, Geologiya, Yapon dili, Macar dili, Tibb, Siyasi elmlər, Riyaziyyat, Statistika, Teologiya, Nanotexnologiya, Fəlsəfə, Müasir dillər, Psixologiya və İdman fakültələridir.
Orhus Universitetinin kitabxana sistemi çox zəngindir və Danimarka dövlətinə məxsus milli kütləvi kitabxanadır (xüsusilə universitet kitabxanası). Universitetin kitabxana sisteminə ümumilikdə 2 əsas və 24 sahə kitabxanası daxildir.
Orhus Universitetinin 8000-nə yaxın yataqxana kompleksi mövcuddur. Yataqxanalarda otaq tutmaq üçün universitetin Mənzil İdarəsinə ərizə ilə müraciət etmək və növbəyə yazılmaq lazımdır. Universitetə qabaqcadan müraciət edən tələbə otaqla daha tez təmin olunma şansı qazanır (ən yaxşı vaxt iyulun 1-dən avqustun 1-dəkdir). Kampus daxilində yerləşən yataqxanalardan Bronzealdervaenget, Borqlum Kollegiet, Danimarka Kollegiet, Qrundtvigs Hus Kollegiet, Hejredal Kollegiet, Klovergarden, Kollegierne i Universitetsparken, Vilhelm Kiers Kollegium, Teknologkollegiet, Stenaldervej Kollegiet, Skelager Kollegiet və s. qeyd etmək olar. Kampusdan kənardakı yataqxanalar Orhus şəhərinin müxtəlif yerlərində yerləşir. Orhus Universitetinin missiyası elmi-tədqiqatlar aparmaq, yeni proqramlar qəbul edərək dünyada elmin, milli və qlobal rifahın inkişafını təmin etmək, dünyanın ən elit universitetləri arasında olmaqdan ibarətdir.
Bakalavr
İdrak Elmi
İqtisadiyyat və biznes administrasiyası
Marketing və biznes kommunikasiyaları
Magistratura
İncəsənət
Sağlamlıq
Elm və texnologiya
Fees 8000-13500
Ingilis dili İELTS- 6,5
TOEFL- 83
Deadline- 15 yanvar
Əlavə məlumat: https://www.wikiwand.com/en/Aarhus_University