University of Copenhagen

University of Copenhagen

Kopenhagen Universiteti Danimarkanın ən böyük təhsil müəssisəsidir. Bu Universitet Danimarka Krallığının fəxri hesab edilir. 1479-cu ildə Kral I Xristian tərəfindən əsası qoyulan universitet 1920-ci illələ qədər Danimarkanın yeganə ali təhsil ocağı olmuşdur.

Hal-hazırda Universitetin 8 fakültə və 100-dən çox department və tədqiqat mərkəzləri var. Fakültələr bunlardır: Sağlamlıq elmləri, Həyat elmləri, Əczaçılıq elmləri, Dəqiq elmlər, İctimai elmlər, Humanitar, Hüquq və İlahiyyat fakültələri.

Kopenhagenin mərkəzində yerləşən universitetin Şimal, Cənub, Şəhər və Frederiksberq adlı 4 kampusu var. Hər bir kampusun özünün zəngin kitabxanası da mövcuddur ki, bu da tələbələrin çox rahat bir şəkildə dərslik və digər resurslara çıxışını təmin edir.

Təklif edilən ingilis dilli proqramalr bunlardır:

Master programları

Siyasət və İqtisadiyyat,

Kommunikasiya, Mediya və İT

Incəsənət, Memarlıq və Mədəniyyət

Tibb və biotexnologiya

Fizika, Cəbr və Nanoelmlər

Biologiya, Kimya və Təbiət

İELTS- 6,5

TOEFL- 83

Tution fee- 10 000 euro

Deadline- 15 Yanvar

Əlavə məlumat: https://www.wikiwand.com/en/University_of_Copenhagen