Jacobs University

Jacobs University

Jacobs Universiteti Bremen şəhərində yerləşən beynəlxalq, özəl unversitetdir. Universitet ingilis dilli yüksək ali təhsil verən Amerikan və Alman təhsil sistemlərinin vəhdətini təşkil edən təhsil müəssisəsidir. Universitetin əsası 1997-ci ildə Bremen Şəhər Universiteti, Bremen Universiteti və Texasda yerləşən Rice Universitetin ortaq qərarı ilə qoyulmuşdur. Universitetin tələbələrinin 80 faizdən çoxunu dünyanın 120-dən çox ölkəsindən gəlmiş beynəlxalq tələbələr təşkil edir. Eyni zamanda universitetin professor-müəllim heyətinin 30 faizdən çoxu xarici müəllimlər hesabına qurulub. Bu amillər universitetdə beynəlxalq təcrübə qazanmaq üçün kifayət qədər münbit şərait formalaşdırır. 

Hal-hazırda Universitetdə 15 bakalavr, 8 magistr və phd proqramları təklif edilir.

Bakalavr üzrə proqramlar :

  • Sənaye Mühəndisliyi və İdarəetmə
  • Riyaziyyat
  • Kompyuter elmləri
  • Elektrik və Kompüter Mühəndisliyi
  • Robotika və Ağıllı Sistemlər
  • Ağıllı Mobil Sistemlər
  • Biyokimya və Hüceyrə Biologiyası
  • Kimya və Biotexnologiya
  • Kimya
  • Tibbi Təbiət Elmləri - Beynəlxalq Tələbələr
  • Tibbi kimya və kimyəvi biologiya
  • Yer və Ətraf Mühit Elmləri
  • Fizika
  • Qlobal İqtisadiyyat və İdarəetmə
  • Beynəlxalq Biznes İdarəetmə
  • Cəmiyyət, Media və Siyasət
  • İnteqrasiya olunmuş Sosial Elmlər
  • Beynəlxalq münasibətlər: siyasət və tarix
  • İnteqrasiya olunmuş Sosial və Bilişsel Psixologiya
  • Psixologiya

 

Magistratura üzrə proqramlar:

  • Təchizat zəncirinin idarə edilməsi
  • Data mühəndislik
  • Hesablama

Jacobs University eyni zamanda namizədlərə 1 illik hazırlıq - "Foundation" proqramı da təklif edir. Müxtəlif ixtisaslar üzrə magistratura pilləsini bitirmiş magistrantlar öz tədqiqat işlərinin davamı kimi bu universitetdə doktorantura pilləsi üzrə təhsil ala bilərlər. 

Jacobs universitetinə qəbul üçün SAT, IELTS, TOEFL və s. kimi beynəlxalq imtahan nəticələri ilə qəbul olmaq mümkündür. Qəbul prosesi İyun ayının 1-ə kimi davam etməkdədir. Kaspi Xaricdə Təhsil olaraq Jacobs Universitetində təhsil almaq istəyən namizədlərə qəbul prosesində dəstək göstərməyə hazırdır.

Jacobs Universitetinə qəbul üçün Kaspi Xaricdə Təhsilə müraciət edin! 

Ünvan - Xocalı 57a
Əlaqə - 0506423909