University of New York in Prague ( UNYP)

University of New York in Prague ( UNYP)

Praqa Nyu York universiteti 1998-ci ildə ABŞ-ın State University of New York, New Paltz və State University of New York Empire State College universitetlərinin birgə əməkdaşlığı ilə yaradılıb. Universitetlərin birgə fəaliyyəti tələbələrə Çexiyanın paytaxtı Praqada Amerikan təhsil sistemi ilə təhsil almaqlarına imkan yaradır. 20 ildən çox təcrübəyə malik olan universitet tələbələrə bakalavr, magistratura və MBA proqramları üzrə Amerika və Avropa universitetlərinin ikili diplomlarına əsaslanan təhsil verməkdədir.         

Nyu York Universiteti Çexiyanın ən tanınmış və yüksək reytinqli universitetlərindən biridir. Universitetdə 60-dan çox ölkədən 800-dən çox tələbə yerli tələbələrlə birlikdə təhsil almaqdadır. Universitetin akademik heyətində 25 ingilis dilli ölkələrdən gələn 125 xarici müəllim, professor dərs deməkdədir. Universitet Avropanın mərkəzində Avropa və Amerika təhsillərinin sintezini və birgə fəaliyyətini təşkil edir.  

Universitetdə aşağıdakı ixtisaslar üzrə təhsil almaq mümkündür:

Bakalavr üzrə:

  1. Biznesin idarəolunması
  2. Maliyyə
  3. İnsan Resursları
  4. Marketing
  5. İdman idarəçiliyi
  6. Uşaq İnkişafı
  7. Kommunikasiya və Media
  8. Rəqəmsal Media
  9. İngilis dili və Ədəbiyyatı
  10.  Beynəlxalq Münasibətlər
  11.  İnformasiya Texnologiyaları
  12.  Politalogiya
  13.  Psixologiya

Magistratura üzrə:

  1. Beynəlxalq Menecment
  2. Strateji Rabitə
  3. Psixologiya

 

MBA Programları:

  1. Sahibkarlıq
  2. Maliyyə
  3. İdarəetmə
  4. Marketinq
  5. Layihənin idarə olunması
  6. Online Çevik MBA

 

Yüksək göstəriciləri olan və tələbə reytinqində yüksək yerlərdə duran tələbələr üçün Nyu York Universiteti xüsusi təqaüdlər və təhsil haqqında güzəştlər tətbiq edir. Nyu York universitetinin birgə əməkdaşlıq etdiyi universitetlərlə “İkili Diplom” proqramlarından yararlanaraq, eyni anda iki diplom qazanma imkanı verir. Universitet eyni zamanda yataqxana xidməti də göstərməkdədir.

Nyu York universitetində təhsil üçün IELTS balı - 6, 6.5 və fakültələr üzrə qoyulan minimal tələbləri ödəmək kifayətdir.

Kaspi Xaricdə Təhsil olaraq, namizədlərin universitetə qəbul prosesini bütövlükdə təşkil edirik. Nyu York Universitetinə qəbul üçün Kaspi Xaricdə Təhsilə müraciət edin.

 

Ünvan – Xətai rayonu, Xocalı 57a

Əlaqə : 0506423909