Peç Universiteti

Peç Universiteti

Macarıstanın ən nüfuzlu dövlət universitetlərindən biri Peç universitetidir. Macarıstanın məhşur şəhərlərindən olan Peç şəhərində yerləşən universitet 21.000-dən çox tələbəyə ali təhsil verməkdədir. Universitetdə təhsil alan tələbələrin 4.000-dən çoxu dünyanın müxtəlif ölkələrindən gəlmiş əcnəbi  tələbələrdir. Universitet təhsil sisteminə görə tarixi ənənəyə sahibdir. Belə ki, Avropanın ilk universitetlərindən olan Peç universiteti öz tarixi ənənəsi əsasında təhsil verməklə yanaşı, müasirləşmiş universitetlərdəndir. Universitetdə təhsil almaq üçün 10 fakültə üzrə yüzdən çox proqram seçimi mövcuddur.

Peç universitetində bakalavr, magistratura və doktorantura pilləsi üzrə təhsil almaq, müxtəlif ixtisasartırma kurslarında və yay, qış məktəblərində iştirak etmək mümkündür. Tədris dili olaraq macar, ingilis dili seçimlərindən birini seçmək mümkündür. Eyni zamanda universitetdə müxtəlif ixtisaslar üzrə “Foundation” hazırlıq kursları da fəaliyyət göstərməkdədir.

Peç Universitetində təhsil almaq üçün aşağıdakı fakültələr vardır:

  • Biznes və İqtisadiyyat
  • Mədəniyyət, təhsil və regionşünaslıq
  • Mühəndislik və İnformasiya texnologiyaları
  • Sağlamlıq elmləri
  • Humanitar və sosial elmlər
  • Hüquq
  • Musiqi və incəsənət
  • Əczaçılıq
  • Təbiət elmləri
  • Tibb

Namizədlər Peç universitetində təhsil almaq üçün ixtisaslar üzrə minimal tələblərə cavab verməlidirlər. Bu tələbləri ümumiləşdirsək, tədris dili – ingilis və ya macar dili üzrə bakalavr üçün minimum B1, magistratura və doktorantura üçün C1 səviyyəsində dil bilikəri, attestat, diplom və digər akademik göstəriciləri nümunə göstərə bilərik.  Universitetdə eyni zamanda 10 müxtəlif ixtisas üzrə alman dilində də təhsil mümkündür.

Universitet Macarıstanın nüfuzlu dövlət universiteti kimi müxtəlif reytinq sıralamalarında yer almaqdadır.

  • Universitet Macarıstanın TOP 10 universitetindən biridir
  • “Times Higher Education Emerging Economies University Rankings” siralamasına görə Avropanın ən yaxşı İqtisadiyyat ixtisası üzrə TOP 200 universitetindən biridir.
  • “QS University Ranking” sıralamasında “Ən çox əcnəbi tələbə təhsil alan universitetlər” sıyahısında TOP 200 içərisindədir.
  • “StudyPortal” təhsil agentliyi tərəfindən aparılmış sorğu nəticəsində tələbə rəylərinə görə 8+ bal alaraq, Macarıstanın və Avropanın ən öndəgedən universitetlərindən biri kimi təyin edilmişdir.
  • “Yaşıl Universitetlər” sıralamasında “Dünyanın ən yaşıl universitetləri” siyahısında TOP 100-dədir.

Peç Universiteti beynəlxalq əlaqələrinə görə olduqca yüksək keyfiyyətli universitetlərdən biridir. 35 ildən artıqdır ki, beynəlxalq əlaqələrin qurulmasına yönəlmiş universitetin dünyanın 80-ə yaxın ölkəsində yerləşən universitetlərlə beynəlxalq əlaqələri vardır. Universitet “Erasmus+”, “Campus Mundy”, “CEEPUS”, and “Erasmus Credit Mobility” proqramları üzrə tələbə mübadiləsində aktiv şəkildə iştirak edir. Azərbaycanlı tələbələrin ən çox müraciət etdiyi təqaüd proqramlarından biri olan “Stypendium Hungracium” təqaüdü universitetin müxtəlif ixtisasları üzrə təqaüdlər ayırmaqdadır.

Kaspi Xaricdə Təhsil Macarıstanın Peç universitetində təhsil almaq istəyən namizədlərə qəbul prosesində dəstək göstərməyə hazırdır. Kaspi Xaricdə Təhsilin təcrübəsi ilə Peç universitetində təhsil almaq imkanını qaçırmayın.

Bizimlə əlaqə üçün

Telefon – 0506423909

Ünvan – Xətai, Xocalı 57a