University of Szeged
Szeged Universiteti Avropanın mərkəzində, Macarıstanın Szeged şəhərində yerləşir. Avropada təshil almaq istəyən gənclər bu universiteti həm yüksək təhsil standartlarına, həm də yerləşdiyi Szeged şəhərinə görə seçirlər. Bu şəhər Macarıstanın və Avropanın ən maraqlı, yüksək abu-havalı, beynəlxalq tədbirlərin keçirildiyi şəhərlərindən biridir.
Szeged Universiteti Avropa təhsil sistemində özünü təsdiq etmiş universitetlərdən biridir. Universitet araşdırmalar sahəsində Nobel mükafatçıları yetişdirmişdir. Təxminən 21.000 tələbəsi olan Szeged universitetində 4.000-dən çox tələbə dünyanın 130-dan çox ölkəsindən bu universitetdə təhsil almaq üçün gəlmişdir. Universitetdə 12 fakültə üzrə yüzlələ proqram tədris olunur.
Szeged universiteti 30 ildən artıqdır ki, beynəlxalq universitet adını daşıyı. Universitet aşağıdakı fakültələr üzrə bakalavr, magistr və doktoranturada beynəlxalq dərəcə proqramları təklif edir:
- Kənd təsərrüfatı
- Biznes və İqtisadiyyat
- Qida mühəndisliyi
- Humanitar elmlər
- Səhiyyə elmləri
- Hüquq və Siyasi Elmlər
- Riyaziyyat və İnformatika
- Musiqi
- Təbii Elmlər
- İctimai elmlər
Szeged Universitetində təhsil almaq istəyən namizədlər üçün iki tədris dili seçimi mövcuddur. Tələbələr ingilis və macar dilində yuxarıdakı fakültələrə qəbul ola bilərlər. Universitetə qəbul üçün beynəlxalq ingilis dili sertifikatlarından biri, attestat kifayətdir. Eyni zamanda magistratura və doktorantura pilləsi üzrə müvafiq dil sertifikatı, tədqiqat apardığı mövzuları təqdim etmək və gələcək araşdırması haqqında məlumatları universitetlə bölüşmək kifayətdir. Stypendium Hungaricum təqaüd proqramı ilə bu universitetdə təqaüdlü təhsil almaq mümkündür.
Universitetin beynəlxalq təcrübəsi tələbələr üçün çox geniş imkanlar yaradır. Szeged Universiteti 54 ölkədə 100-dən çox universitetlə rəsmi əməkdaşlıq etməkdədir. "Erasmus+" proqramı çərçivəsində 30-dan çox ölkədə 551 universitetlə tələbə mübadiləsi imkanı vardır. "CEEPUS" proqramı vasitəsi ilə 14 ölkənin 104 universiteti ilə partnyorluq edir. Azərbaycanlı tələbələrin də müraciət edib, təqaüd qazanmaq şansı əldə etdikləri "Stypendium Hungaricum" təqaüd proqramına daxil olan universitetlərdən biridir.
Universitet dünya və Avropa universitetləri sıralamalarında Macarıstanı və Avropanı təmsil etməkdədir.
- Szeged universiteti QS Universitet reytinqləri siyahısında Macarıstanın ən yaxşı universiteti seçilmişdir;
- Tibb, Kənd təsərrüfatı, Meşəçilik istiqamətləri üzrə dünyanın ən yaxşı 300 universiteti siyahısına daxildir;
- Avropada və Orta Asiyada ən sürətli inkişaf dinamikası olan 9 universitetdən biridir;
- Macarıstandakı HVG jurnalında dərc olunan reytinqlərə görə, Szeged Universiteti paytaxt xaricindəki ən yaxşı universitetdir;
- Macarıstanın “Ən yaşıl” universiteti seçilmişdir və dünya reytində bu istiqamət üzrə TOP 100-də qərarlaşmaqdadır.
- Szeged Universitetinin kitabxanası “Dünyanın ən yaxşı 50 kitabxanası” sıralamasında 7-ci yerdədir.
- Universitetin yerləşdiyi Szeged şəhəri “Avropanın ən yaxşı tələbə şəhərləri” arasında 8-ci yerdədir.
- “Times Higher Education World University Rankings in 2020” siyahısında bu universitet 801-1000 arasında yer almaqdadır.
Szeged universitetinə qəbul prosesinizdə Kaspi Xaricdə Təhsil sizin üçün ən düzgün seçim ola bilər. Kaspi Xaricdə Təhsilə müraciət etməklə, bu universitetin tələbəsinə çevrilə bilərsiniz.
Ünvan - Xətai rayonu, Xocalı 57a
Əlaqə - 0506423909 / *7878