Debrecen Universiteti

Debrecen Universiteti

Macarıstanda təhsil üçün ən çox seçilən universitetlərdən biri Debrecen universitetidir. Universitet Macarıstanın keçmiş paytaxtı, hal-hazırda ikinci ən böyük şəhəri olan Debrecen şəhərində yerləşir. Universitet öz tarixiliyi və nüfuzu ilə regionda və dünyada çox məhşurdur. Debrecen universitetinin tarixi 16-cı əsrə söykənir. Universitet 1538-ci ildə təsis edilmiş və öz 5 əsrlik tarixi dövründə Macarıstan, eləcə də, dünya üçün çox böyük işlər görmüş kadrlar yetişdirmişdir.

Debrecen universiteti 14 fakültə, 8 kampus, 2 tədris-təlim mərkəzi, 2 ibtidai məktəb, 24 araşdırma institutu, 7 kitabxana ilə Avropada fəaliyyət göstərən ən böyük təhsil müəssisələrindən biridir. Debrecen Universitetində bakalavr dərəcəsi üçün 87, magistratura üçün 100-dən çox proqram təklif edilir. Eyni zamanda universitetin müxtəlif qurumları qısa müddətli təhsil, təlim üçün 23.000-dən çox kurslar təşkil etməkdədir.  Universitetdə təhsil alan tələblərin sayı 28.000-ə yaxındır və bunların 7.000-ə qədəri xarici tələbələrdir. Debrecen Universiteti dünyanın çox geniş beynəlxalq əlaqələrə sahibdir. Belə ki, dünyanın 44 ölkəsinin 615 ali təhsil müəssisəsi ilə rəsmi əməkdaşlıq müqavilələri və müxtəlif istiqamətli fəaliyyəti mövcuddur. Universitetdə tədrisi təşkil edən akademik heyyət təqribən 3.000 nəfərdir ki, onların arasında dünyanın nüfuzlu universitetlərinin məzunu olmuş 207 akademik, professorlar da daxildir.

Debrecen universiteti 14 fakültə üzrə tələbə qəbulu həyata keçirir. Bu fakültələr aşağıdakılardır:

  1. Kənd təsərrüfatı və ətraf mühitin idarə edilməsi fakültəsi
  2. Uşaq və yeniyetmələr üçün təhsil fakültəsi
  3. Diş həkimliyi fakültəsi
  4. İqtisadiyyat və biznes fakültəsi
  5. Mühəndislik fakültəsi
  6. Sağlamlıq elmləri fakültəsi
  7. Humanitar elmlər fakültəsi
  8. İnformasiya texnologiyaları fakültəsi
  9. Hüquq fakültəsi
  10. Tibb fakültəsi
  11. Musiqi və İncəsənət fakültəsi
  12. Əczaçılıq fakültəsi
  13. Xalq təbabəti fakültəsi
  14.  Elm və Texnologiya fakültəsi

Debrecen universiteti təklif etdiyi fakültələr üzrə kifayət qədər yüksək səviyyəli tədrisi təşkil edir. Təsadüfi deyil ki, Avropa və dünya universitetlərinin reytinqlərini göstərən ən məhşur siyahılarda universitet bir neçə fakültəsi ilə dünyanın TOP 200-300 universitetləi arasında yer alır. Bunlardan bir neçəsini nümunə çəkmək olar:

         QS World University Ranking

  1. World TOP 250 – Agriculture and Forestry
  2. World TOP 300 – Medicine

The World University Ranking

  1. Europe TOP 200 – Teaching Ranking

 

Debrecen Universitetini seçmək digər bir səbəb isə yerləşdiyi eyni adlı Debrecen şəhəridir. Şəhər Macarıstanın uzun müddət paytaxtı olmuş, hal-hazırda isə ölkənin ikinci ən böyük şəhəridir. Şəhərdə yerləşən Debrecen hava limanı ölkənin ikinci ən böyük hava limanıdır. Eyni zamanda inkişaf etmiş nəqliyyat sistemi ilə burden həm Macarıstanın digər şəhərlərinə, həm də Avropaya rahat gediş-gəliş mümkündür.

Debrecen universitetinə qəbul üçün müxtəlif ixtisaslar üzrə tələblər fərqlidir. Qəbul əsasən Attestat və IELTS imtahan nəticəsi ilə aparılır. Burada attestat ortalaması təqribən 4, IELTS balı isə 6.0-6.5 olması kifayətdir. Lakin tibb, mühəndislik və s. kimi ixtisaslarda SAT balı tələb oluna bilir. Magistratura pilləsi üzrə IELTS balı 6.5-dən aşağı olmamalıdır. Ümumilikdə namizədlər universitetin qoyduğu tələblərə cavab verdikləri halda intervuya dəvət alırlar. Bu mərhələni də uğurla keçmiş namizədlər Debrecen Universitetinin tələbəsi adını qazanmış olur.

Debrecen universitetində təhsil üçün Kaspi Xaricdə Təhsilə müraciət edə bilərsiniz.

Bizimlə əlaqə üçün - 0506423909

Ünvan - Xətai rayonu, Xocalı 57a