Mahsa University

Mahsa University

2005-ci ildə əsası qoyulan Mahsa Universiteti Malayziyanın ən qabaqcıl tibb universitetlərindəndir. Universitet 7 fakültədən ibarətdir: Tibb və Biomedikal Elmlər fakültəsi, Stomatologiya Fakültəsi, Sağlamlıq və İdman Elmləri Fakültəsi, Əczaçılıq Fakültəsi, Tibb bacı və Mamaçılıq Fakültəsi, Biznes, Maliyyə və Hospitality Fakültəsi, Mühəndislik və İnformasiya Texnologiyaları Fakültəsi.  Yüksək səviyyədə laboratoriya, kitabxana  bazasına malik universitet infrastruktur baxımından Malayziyanın ən yaxşılarındandır. Universitet eyni zamanda özünün beynəlxalq mühiti ilə də seçilir. Belə ki, burada 62 ölkədən 10 minə yaxın tələbə təhsil almaqdadır.