Chelsea Independent College

Chelsea Independent College

Chelsea Independent College Londonun şərqində yerləşən və əsası 2002-ci ildə qoyulan kollecdir. Kollecdə təhsil kiçik siniflər və fərdi öyrətmə üsuluna əsaslanan beynəlxalq thsil müəssisəsidir. Burada təhsil alanların yarısı dünyanın 39 ölkəsindən olan şagirdlər təşkil edir.

Oxford, Cambridge, UCL, York  və dünyanın nüfuzlu digər universitetlərinin məzunları sırasında Chelsea Independent Kollecinin şagirdləri də var. Kollec beynəlxalq şagirdlərin yerləşməsi və qalma şəraitinin mükəmməl təşkili üçün 2 yataqxanaya malikdir. Yataqxanalar təhsil alan beynəlxal tələbələrin əksəriyyətinin yerləşdirilməsini həyata keçirir. 

Chelsea Independent College GCSE, A-levels və Foundation proqramları təklif edir. GCSE üzrə təhsil almaq istəyən tələbələr 10 və ya 11-ci sinifdə təhsil almalıdır. Tədriz 1 il intensiv və ya 2 il müddətində keçilir. Təhsil haqqı hər rüb üçün 6.350-6.983 fund sterling və ya illik 19.050- 19.750 fund sterling təşkil edir. 

Burada 1 illik və 2 illik A-levels proqramları təklif edilir. Son zamanlarda tələbələr A-levels üzrə nəticələrdə böyük nailiyyətlər əldə etmişlər. Təhsil alan hər 10 tələbədən 4-ü A* və A qiyməti almışdır. Bu nəticələr tələbəlrə Birləşmiş Krallığın ən yaxşı universitetlərinə daxil olması ilə nəticələnmişdir. A levels üzrə təhsil haqqı 1 illik proqram üçün 22.050 fund sterling və 2 illik proqram üçün 20.950 fund sterling təşkil edir. 

Kollecin Foundation proqramı tələbələrə Birləşmiş Krallığın 15 universitetinin 4000-dən çox proqramına qəbulunu həyata keçirir. Təhsil haqqı 18.000 fund sterling təşkil edir. Bu proqrama qəbul üçün tələb olunan minimum yaş həddi 17, ingilis dili üçün minimum göstərici İELTS 5.0-dir. Davam etmə müddəti isə 9 aydır.