CATS College

CATS College

CATS Kolleci 1952-ci ildə yaradılan Birləşmiş Krallıq və Amerikada ən innovativ və müvəffəqiyyətli təhsil təminatçılarından biridir. CATS-in fəlsəfəsi çox sadədir: yüksək keyfiyyətli təhsil ilə şagirdlərin qavrayış və dərketmə potensialının ahəngi ni formalaşdırmaq.

CATS üçü Birləşmiş Krallıqda Cambridge, Canterbury və London , biri isə ABŞ-ın Boston şəhərində yerləşən ümumilikdə dörd kampusunda ali məktəb proqramları təklif edir. Beləliklə, şagirdlər dünyanın ən prestijli universitet şəhərlərində yaşama və təhsil  imkanlarından faydalanırlar.

Məktəb dünya standartlı beynəlxalq təhsil təmin edir-bu müxtəlif yönlü və həyəcanlı beynəlxalq mühitdə təhsil alan şagirdlər global bir fərdə çevrilirlər və gözləniləndən daha artıq nailiyyətlər əldə edirlər.

CATS Kolleci GCSE, A-levels, Foundation üzrə proqramlar təklif edir. 1 və ya 2 illik GCSE (General Certificate of Secondary Education)  üzrə minimum yaş həddi 14-dür. Təhsil haqqı illik ( 3 term ) 29, 760 Fund Sterling-dir. 

CATS kollecini bitirmiş və akademik göstəriciləri yüksək olan tələbələrin Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının ən aparıcı universitetlərinə daxil olmaq şansları olduqca yüksəkdir. A-level məzunmların 57%-i A*-A və 78%-i A*-B dərəcəsi almışdır. Bu nəticəyə əsasən, Birləşmiş Krallıq kollecləri arasında CATS Cambridge 30, CATS Cantenbury 43 və CATS London 88-ci yerdədir.A-levels üzrə təhsil haqqı 29, 760 Fund Sterling-dir. 

2016-ci il nəticələrinə əsasən kollec məzunlarının əsas universitet seçimləri bunlardır: University of Cambridge, University of Surrey, Lancaster University, University of Birmingham, University of Bristol, University of Nottingham, Queen Mary, University of East London və Durham University.