Sabancı Universiteti
Sabancı Universiteti 1994-cü ildə Hacı Ömər Sabancı tərəfindən əsası qoyulan və 1999-cu ildə ilk tələbələrini qarşılayaraq fəaliyyətə başlayan Türkiyənin ən reytinqli özəl universitetlərindəndir. Sabancı Universiteti Türkiyədə liberal elmlər tərzdə təhsil verən yeganə ali təhsil müəssisəsidir. Universitetin qurulması 5 il davam etmiş və 22 müxtəlif ölkədən 50-dən çox akademik iştirak etmişdir. Sabancı universiteti "Birlikdə yaratmaq və inkişaf etdirmək" prinsipi ilə tez bir zamanda Türkiyənin ən yüksək reytinqli universitetlərindən birinə çevrilmişdir.
Universitet ərazisinə və kampusuna görə Türkiyənin ən böyük universitetlərindəndir. Sabancı Universiteti tələbələrə çox geniş təhsil və tədris imkanları yaratmaqdadır. Universitet 3 fakültə, 100-ə yaxın proqramla tələbələrə yüksək səviyyəli təhsil verməkdədir. Universitet kitabxanası olduqca zəngindir və milyondan çox nüsxə ilə tələbələri təmin etməkdədir. Universitet yataqxanası eyni anda 2600-dan çox tələbənin məskunlaşması üçün nəzərdə tutulmuşdur. Bütün bu imkanlar Sabancı universitetinin İstanbuldan 15 km aralıqda - Tuzlada yerləşən kampusunda cəmlənmişdir.
Universitetdə 3 böyük fakültə fəaliyyət göstərir :
- Mühəndislik və Təbiət elmləri
- Sənət və Sosial elmlər
- İdarəetmə elmləri
Nəyə görə Sabancı?
- Burs imkanlarına görə - Tələblərin 68%-dən çoxu güzəştli təhsil şərtləri və ya təqaüdlə təhsil almaqdadır.
- İstanbulda Kampus universiteti olması - Şəhərdən yalnız 15 km məsafədə yerləşən 1 milyon km2 -dən çox ərazidə yerləşən müasir təhsil kompleksi
- Geniş akademik imkanlar - Universitet 3 fakültədə 100-dən çox ixtisasla tələbələrə tədris imkanı yaradır
- Beynəlxalq layihələrdə iştirak imkanı - Universitet dünyanın müxtəlif ölkələrində yerləşən universitetlərlə əməkdaşlıq etməkdədir.
- Yeni yaranmış universitetlər arasında ən reytinqli olmasına görə - Dünyada TOP 500, Asiyada TOP 50, Gənc universitetlər arasında 69, Ən Sürətli İnkişaf edən universitetlər arasında 40, "En girişimci ve Yenilikçi" universitetlər siyahısında 2-ci yerdədir.
Sabancı universitetində təhsil üçün Kaspi Xaricdə Təhsilə müraciət edin.