Koç Universiteti
Koç Universiteti 1993-cü ildə əsası qoyulmuş Türkiyənin ən yüksək səviəyyəli özəl universitetlərindən biridir. 400 müəllim və professor heyəti və 4100 tələbəyə təhsil verməkdə olan bu universitet 22 bakalavr, 27 magistr və 13 doktorantura proqramı təklif etməkdədir.
Koç Universiteti fakültələri bunlardır: İnsani Bilimler və Edebiyat, İktisadi və İdari Bilimler, Fen, Mühendislik, Hukuk, Tıp və Hemşirelik Fakültələri.
Times Higher Education reytinglərinə əsasən Türkiyədə bütün universitetlər arasında 1-ci yerdə qərarlaşmışdır. Dünya universitetləri arasında isə Elm və Texnologiya üzrə top 250, Sosial Elmlər üzrə isə top 150-ə daxildir. Tədris olunan bütün proqramlar ( Hemşirelik və bəzi hüquq proqramları istisna olmaqla) ingilis dilindədir.
2005-ci ildən etibarən Universitetdə bir illik təhsil haqqı 44 000 TL-dir. Tıp Fakültəsində isə təhsil haqqı 60 000 TL təşkil edir. Ancaq bu fakültəyə heç bir tələbə burssuz daxil edilmir.