Acıbadem Mehmet Ali Aydınlar Üniversitesi
2007-ci ildə qurulan Türkiyənin özəl universitetlərində biri olan Acıbadem Universitetin əsas məqsədi sağlamlıq və tibbin bütün sahələrini əhatə edən keyfiyyətli təhsil təminatını təşkil etməkdir. Universitet öz infrastrukturu, yüksək keyfiyyətli avadanlıqları, laboratoriyaları, tibbi dərs otaqları, kampus imkanlarına görə seçilən Türkiyənin öndəgedən universitetlərindəndir. Son zamanlarda, Acıbadem Universiteti öz təhsil sferasını genişləndirməkdədir. Açılan mühəndislik fakültəsi buna ilk addımlardan biridir. Hal-hazıra Universitetdə 2500-dən çox tələbə təhsil almaqdadır. İçərisində dünyanın bir ölkələrindən olan xarici tələbələrin də təhsil aldığı bu universitet Türkiyə, o cümlədən, dünyanın səhiyyə ocaqlarına yüksək ixtisaslı və peşəkar həkimlər bəxş etməkdədir.
Fakültələr bunlardır : Tıp Fakültesi
Sağlık Bilimleri Fakültesi
Fen-Edebiyat Fakültesi
Mühendislik Fakültesi
Eczacılık Fakültesi