University of Massachusetts, Lowell
Massaçusets Universiteti birliyinin bir hissəsi olan Lovel Massaçusets Universiteti Amerikanın ictimai tədqiqat universitetlərindəndir. 1 150 fakültə üzvləri və 18 000 tələbəsi ilə Universitet Merrimak Vadisinin ən böyük təhsil müəssisəsidir. Universitert 122 bakalavr, 43 magistratura və 36 doktor dərəcə proqramları təklif edir. Akademik olaraq bu universitet 6 fakültədən təşkil olunmuşdur: İncəsəsət, Humanitar və Sosial Elmlər Kolleci, Sağlamlıq Elmləri Kolleci, Kennedy Elm Kolleci, Francis Mühəndislik Kolleci, Təhsil Ali Məktəbi və Biznes Məktəbi.
Lovel Massaçusets Universiteti U.S. News & World Report-un sıralamasına əsasən Milli Universitetlər içərisində 152-ci, İctimai Universitetlər içərisində isə 78-ci yerdə qərarlaşmışdır.
Təhsil haqqı: $30,875-bakalavr, $26,228-magistratura üzrə.
Tələblər: Bakalavr üçün TOEFL 79-80/ İELTS 6.0, Magistratura üçün ancaq TOEFL nəticəsi