İdaho Universiteti

İdaho Universiteti

İdaho Universiteti İdaho Ştatının ən qədim ictimai universitetidir. Bu, Ştatın əsas bayraqdar, ilk yaradılmış və 1963-cü ilə qədər yeganə fəaliyyət göstərmiş tədqiqat universitetidir. 1889-cu ildə əsası qoyulan universitetdə hal-hazırda 12 min tələbə təhsil almaqdadır ki, bunun 11 mini İdaho ştatının Moskva şəhərində yerləşən kampusuna aiddir. Burada bakalavr, magistratura, doktorantura və xüsusi dərəcələr üzrə 142 təhsil proqramı və ixtisaslar təklif edilir. Universitetin əsas kitabxanası olan İdaho Kitabxanası ştatın ilk yaradılmış tədqiqat kitabxanasıdır. Universitetlər sıralamasında Idaho Universiteti Milli Universitetlər arasında 171-ci yerdə qərarlaşır.

Əsas tələblər: TOEFL 70, İELTS 6.0

Təhsil haqqı: 23 000$-dan başlayır.