Brno University of Technology
Çox zəngin tarixə malik olan Brno Texnologiya Universiteti 1849-cu ildə əsası qoyulan Alman-Çex məktəbinin varisi hesab olunur. Bu məktəb əsasında 1899-cu ildə Çex Texniki İnstitutut fəaliyyətə başlamışdır. Universitet statusunu yalnız 1956-cı ildə əldə etmişdir.
Hal-hazırda universitet texniki ixtisaslara əsaslanan təhsil mərkəzidir. Bu ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura dərəcə təhsil proqramları təklif edilir. Brno Texniki Universitetində səkkiz fakültə fəaliyyət göstərir. Fakültələr bunlardır: Elektrotexnika və rabitə texnologiyaları fakültəsi, İnformasiya texnologiyaları fakültəsi, Sahibkarlıq fakültəsi, İnşaat fakültəsi, Maşın mühəndisliyi fakültəsi, Arxitektura fakültəsi, Təsviri incəsənət fakültəsi və Kimya fakültəsi.
İngilis dilli proqramlar:
Bakalavr
İqtisadiyyat və menecement-1300
Mühəndislik- 3000
Elektrik mühəndisliyi -3000
Master level
Sivil mühəndislik- 5,000 EUR
Audio mühəndislik- 3,000 EUR
Electrik, Electronik, Kommunikasiya və Nəzarət Texnologiyası- 3,000 EUR
İncəsənət- 7,000 EUR
Mühəndislikdə tədbiqi elm- 2,999 EUR
Mexaniki Mühəndislik- 2,999 EUR
Deadline- 30 mart
Əlavə məlumat: https://www.wikiwand.com/en/Brno_University_of_Technology