The University of Tulsa
Tulsa Universiteti ABŞ-ın Oklahoma ştatının Tulsa şəhərində yerləşən tədqiqat universitetidir. Universitet tədris etdiyi hüquq, ingilis dili, kimputer elmi, təbiət elmləri, psixologiya və mühəndislik proqramları ilə daha çox tanınır. Universitet hal-hazırda Amerikanın top 100 milli universitetləri sıralamasına daxildir. Bloomber-in sıralamasına əsasən dünya biznes məktəbləri arasında da top 100-dədir. Multikulturalizm və beynəlmiləlçiliyin ön plana çəkildiyi universitetdə dünyanın 70 ölkəsindən gəlmiş tələbələr təhsil almaqdadır. Təhsil alan tələblərin 94%-i müxtəlif dərəcələrdə universitetdən maliyyə dəstəyi almaqdadır. Universitetin 5 kolleci fəaliyyət göstərməkdədir: Kendall İncəsənət və Elm Kolleci, Oksley Səhiyyə Elmləri Kolleci, Kollins Biznes Kolleci, Hüquq Kolleci, Mühəndislik və Təbiət elmləri kolleci.
Tələblər: İELTS 6.0, TOEFL 70
Illik təhsil haqqı- 43000$