University of North Texas

University of North Texas

1890-cı ildə əsası qoyulmuş Amerikanın ən böyük universitetlərindən biri olan Şimali Texas Universiteti 101 bakalavr, 82 magistratura və 38 doktorantura dərəcə proqramları təklif edir. 35 min tələbəyə təhsil verən Universitetin əsas missiyası təhsil və tədqiqat sayəsində tələbələrin yüksək nailiyyətlərinin əldə edilməsi və cəmiyyətə yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Daha böyük nailiyyətlər əldə etmək üçün Universitet 2012-2017-ci illəri əhatə edən 5 illik strateji plan layihəsi həyata keçirtməkdədir. Əsas missiyalar bunlardir. 1. Texasda ən yaxşı bakalavr təhsil təcrübəsi təmin etmək, 2.Yüksək magistratura təhsili, təqaüdü təmin etmək və ən yaxşı tədqiqat instituları sırasına daxil olmaq, 3.Tələbəyə dəstəyinə, işçi münasibətlərinə və operativ effektivliyinə görə universitetlər arasında liderlik etmək.4.İkitərəfli və çoxtərəfli faydalı partnyorluq münasibətlərinin qurulnası və inkişaf etdirilməsi yolu ilə Şimali Texas Universitetini regional liderə çevirmək.

Universitetin yerlşdiyi metropolitan ərazi yüksək karyera imkanları, eyni zamanda, əyləncə, incəsənət və mədəniyyət, idman fürsətləri təqdim edir. Universitetin yerləşdiyi Denton şəhəri ölkənin dördüncü ən böyük metropolitan ərazisi olan Dallas-Fort Worth şəhərindən 36 mil uzaqlıqda yerləşir.

Bakalavr, magistratura və doktorantura proqramarı təklif edən kollec və məktəblər

İncəsnət və Elm Kolleci, Biznes Kolleci, Təhsil Kolleci, Mühəndislik Kolleci, Sağlamlıq və İctimai Xidmət Kolleci, İnformasiya Kolleci, Frank W. və Sue Mayborn adına Jurnalizm Məktəbi, Kommersiya, Konaqpərvərlik və Turizm Kolleci, Musiqi Kolleci və Vizual İncəsənət və Dizayn Kolleci.

Times higher education Ranking-501-600th

High School Counselor Rankings- 247th

Tələb olunanlar-IELTS-6.5/TOEFL-79