Oregon State University

Oregon State University

Oregon Dövlət Universiteti Amerikanın ən təhlükəsiz, sakit və yaşıl şəhərlərindən olan Korvallis şəhərində yerləşən beynəlxalq tədqiqat universitetidir. 1868-ci ildə əsası qoyulan Universitet ştatın Land Grand satusuna malikdir və eyni zamanda Sea Grant, Space Grant və Sun Grant ilə təltif olunan 2 universitetdən biridir.

Tədqiqat sahəsində öz sözünü demiş Oregon Universiteti 350 milyon Dollar dəyərində xarici tədqiqat fondu ilə təbiət elmləri, texnologiya, kənd təsərrüfatı, ictimai sağlamlıq və digər sahələr üzrə aparıcı lider və yenilikçi universitet hesab olunur.

Universitet Kənd Təsərrüfatı, Biznes, Yer, Okean və Atmosfer Elmləri, Təhsil, Mühəndislik, Meşə təsərrüfatı, İncəsənət, Kimya, Humanitar elmlər, Elm və Baytarlıq tibbi Kolleclərində bakalavr, magistratura və doktorantura pillələri üzrə təhsil proqramları təklif edir.

Təhsil haqqı- 40-45 min $ arasıdır.

Tələb olunan- İELTS-6.5/TOEFL-80