Northeastern University
Northeastern İniversiteti Boston şəhərində yerləşən və 1898-ci ildə əsası qoyulan tədqiqat universitetlərindən biridir. Universitetin Bostonda yerləşən əsas kampusunda bakalavr və magistratura dərəcələri üzrə proqramlar tədris olunur. Bundan başqa Şimali Karolinanın ən böyük şəhəri olan Şarlottada da digər kampusu var ki, burada ancaq magistr və doktor dərəcələri təklif olunur. Universitetin Torontoda da digər kampusunun açılması planlaşdırılır. Hal-hazırda universitetdə 18 000 bakalavr və 7 000 magistr və doktor dərəcəlri üzrə tələbə təhsil almaqdadır.
Northeastern tələbələrə geniş yataqxana və yaşayış imkanları bəxş edir. Təhsil alanların böyük əksəriyyəti Universitet tərəfindən təklif edilən komfortlu tələbə yataqxanalarında yaşayır. Northeastern Universiteti çoxlu sayda təqaüd və maliyyə dəstəyi proqramları təklif edir. Tələbələrin 75%-i bu imkanlardan istifadə etməkdədir. Tələblər: İELTS 6.5 / TOEFL 92