Marshall University

Marshall University

Marşal Universiteti ABŞ-ın Qərbi Virginia ştatının Huntington şəhərində yerləşən dövlət tədqiqat universitetidir. Universitetin əsası 1837-ci ildə  qoyulmuşdur və ABŞ-n dördüncü baş ədalət hakimi Con Marşalın şərəfinə Marşal Universiteti adlandırılmışdır. Universitet doqquz bakalavriat kolleci: Biznes, Təhsil və Professional İnkişaf, İncəsənət və Media, Sağlamlıq, Fərqlənmə, İnformasiya Texnologiyası və Mühəndislik, Liberal İncəsənət; üç magistratura kolleci: Tam Ali Kollec, Əczaçılıq Kolleci və Con Edvards adına Tibb Məktəbindən ibarətdir. 16 min tələbəyə təhsil verməkdə olan Universitet 59 bakalavr, 49 magistratura və 3 doktorantura dərəcələri üzrə təhsil proqramları təklif edir.

Universitetin çox zəngin kampus həyatı mövcuddur. Ona yaxın tələbə xidmətləri təşkilatı var ki, sağlamlıq, karyera, yaşayış yerinin təşkili və digər sahələr üzrə tələbələrə köməklik göstərir. Marşal Universiteti tələbələrə geniş təqaüd imkanları təşkil edir. Təhsil almaqda olan tələbərin 70 %-i müxtəlif ölçüdə təqaüd almaqdadır.

Təhsil haqqı- 9000-13000$/semester

Tələblər-İELTS-6.5/ TOEFL-80